Son yenilənmə 29 Dekabr 2018, 2:03 Axşam
Dek 01, 2013 calal calalov Ölkədən Xəbərlər, Xəbərlər 0
Azərbaycanın poçt rabitəsi operatoru “Azərpoçt” MMC SMS məlumatların köməyi ilə vətəndaşlara bağlamaların daxil olması haqqında bildiriş sistemini işə salıb. Bu barədə cümə günü Trend-ə MMC-nin baş direktorunun müavini Nazim Süleymanov bildirib. Onun sözlərinə görə, xidmət elektron ticarət portalları vasitəsilə sifarişli malları alanlara ünvanlanıb. Yeni xidmətin tətbiqi ilə sifarişçilər poçt şöbələrində onların adına nəsə gəlib-gəlmədiyinə özləri nəzarət etməyəcəklər. Bu barədə onlara SMS-lə məlumat veriləcək: “Əsas problem ondan ibarət idi ki, bağlama gələndə çox vaxt onu alana gecikmə ilə çatan bildiriş formalaşdırılırdı. Bu gün isə bağlama daxil olarkən onu alan müştəriyə bağlamanın daxil olduğu poçt şöbəsinin ünvanı ilə SMS-xəbərdarlıq göndərilir. Yeni xidmətdən faydalanmaq üçün müştəri malı alarkən özünün mobil telefon nömrəsini elektron kommersiya portalı vasitəsilə göstərməlidir”. Mobil telefon nömrəsi poçt operatorunun məlumat bazasına daxil edilir və bundan sonra sifarişçiyə bildiriş göndərilir.
Mənbə
Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 39 dəfə.
Dek 29, 2018 0
Dek 12, 2018 0
Dek 05, 2018 0
Dek 04, 2018 0
Okt 27, 2018 0
Okt 12, 2018 0
Noy 30, 2017 0
Noy 10, 2017 0
Bugün: | 7 |
Dün: | 132 |
Bu Hafta: | 759 |
Geçen Hafta: | 986 |
Bu Ay: | 3205 |
Geçen Ay: | 4158 |
Toplam: | 340946 |