• 22 Avqust 2019

Azərbaycanlı hafizlər beynəlxalq müsabiqədə

yarısma1

 

 

 

 

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib. Müsabiqə əsasən iki kateqoriadan, Quranı avazla oxumaq (Qarilik) və əzbər oxumaqdan (Hafizlik) ibarət olub. İyulun 5-də başlayan, İstanbulun “Fatih”“Sultan Əhməd” camelərində keçirilən müsabiqədə 52 ölkədən 98 hafiz və qari iştirak edib.

yarışma2

 

 

 

 

Azərbaycan Hafizlər Cəmiyyətindən verilən məlumata görə, bu müsabiqədə ölkəmiz hər iki kateqoriya üzrə təmsil olunub. Cəmiyyətin sədri Əbdürrəhman Nuri bildirib ki, müsabiqədə  Quranı avazla oxumaq üzrə Laçın Quliyev, əzbər kateqoriyasından isə Bakı “Göy məscid”in imamı hafiz Azər Nəfiyev ölkəmizi təmsil edib.

yarışma3

 

 

 

 

 

“Diyanet”in sədri professor Mehmet Görmez və münsiflər heyəti

Müsabiqə iştirakçıları Sudan, Səudiyyə Ərəbistanı, Küveyt və Türkiyədən olan münsiflər heytinin qarşısında öz qabiliyyətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, müsabiqənin hafizlik kateqoriyasında birinci yerə Türkiyə təmsilçisi Muhamməd Pilgir, 2-ci yerə Küveytdən Bədər Alalı, 3-cü yerə isə Nigeriyadan Adəm Muhamməd çıxıb.

Həmçinin Quranı avazla oxumaq kateqoriyasında ilk yerə İndoneziya təmsilçisi Taqdir Feriza Həsən, 2-ci yerə Filippindən Mokammed Nadbir, 3-cü yerə isə İran təmsilçisi Sadaqetkamlı Həbib çıxıb.

yarışma4

 

 

 

 

 

Hafizlərin mükafatlandırılma mərasimi

Dərəcə əldə edən hafizlərin və qarilərin mükafatlarını ötən gün cümə namazıdan sonra “Sultan Əhməd” camesində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Mənbə:

anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 123 dəfə.

calal calalov

Read Previous

6 sualla siqaret asılılığınızı təyin edin

Read Next

Qədr gecəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.