• 21 Dekabr 2024

6 sualla siqaret asılılığınızı təyin edin

sigaret6 suala cavab verərək nə dərəcədə siqaret aludəçisi olduğunuzu test vasitəsilə təyin edə bilərsiniz.

Bunun üçün cavabların qarşısındakı xalları toplayaraq nəticəni dəyərləndirin…

1. Günün ilk siqaretini səhər oyandıqdan nə qədər sonra çəkirsiniz?

a. ilk 5 dəqiqə ərzində (3 xal)

b. 6-30 dəqiqə ərzində (2 xal)

c. 31-60 dəqiqə ərzində (1 xal)

ç. 1 saatdan sonra (0 xal)

2. Siqaret çəkməyin qadağan olunduğu yerlərdə siqaret çəkməmək sizin üçün çətindirmi?

a. bəli (1 xal)

b. xeyr (0 xal)

3. Günün hansı vaxtında çəkilən siqaretdən vazkeçmək sizin üçün daha çətindir?

a. səhər çəkilən siqaret (1 xal)

b. digər zamanlarda çəkilən siqaretlər (0 xal)

4. Gündə neçə siqaret çəkirsiniz?

a. 31 və daha çox (3 xal)

b. 21-30 ədəd (2 xal)

c. 11-20 ədəd (1 xal)

ç. 10 və daha az (0 xal)

5. Səhərlər günün digər vaxtlarına nəzərən daha çox siqaret çəkirsinizmi?

a. bəli (1 xal)

b. xey (0 xal)

6. Yataq rejiminə ehtiyac olacaq qədər xəstə olduğunuz zaman da siqaret çəkirsinizmi?

a. bəli (1 xal)

b. xeyr (0 xal)

İndi verdiyiniz cavablara əsasən xallarınızı toplayın və asılılıq dərəcənizi öyrənin.

Asılılıq dərəcəsi:

0-2: çox aşağı

3-4: aşağı

5: orta

6-7: yüksək

8-10: çox yüksək

Mənbə:

xezerxeber.com

Read Previous

Fitrə sədəqəsi

Read Next

Azərbaycanlı hafizlər beynəlxalq müsabiqədə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.