• 26 May 2019

Azad Suriya Ordusu Dəməşq uğrunda həlledici döyüşə hazırlaşır

demesq

Müxalifət lideri Ərəb Birliyinin toplantısındakı çıxışında azadlığa qovuşmaq istədiklərini deyib.

 

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Suriya rejiminə qarşı silahlı mübarizəni davam etdirən Azad Suriya Ordusu (ASO) paytaxt Dəməşqin qurtuluşu uğrunda aparılacaq döyüşlərdə iştirak edəcək əsgərlərə yüksək hərbi təlim keçib.

“İslam” briqadasının hesabatında 6 bölükdən ibarət ümumilikdə 400 əsgərin 45 gün boyu hərbi təlim keçdiyi, təlim çərçivəsində hərbçilərin bir sıra ağır silahlardan istifadə qaydalarını öyrəndikləri bildirilib.
Habelə hesabatda keçilən təlimlərə hərbi karvanlardakı rejim əsgərlərinin əsir götürülməsi, mina döşənilməsi, partlayıcıların təmizlənməsi, barrikadalara hücumlar və digər döyüş tapşırıqlarının da daxil olduğu qeyd edilib. Suriyalı fəallar Bəşşar Əsəd rejiminə məxsus yük təyyarəsinin vurulduğunu xəbər veriblər.
Bu arada Ərəb Birliyinin toplantısında çıxış edən Suriya müxalifətinin lideri Müaz əl-Xətib məqsədlərinin azadlığa qovuşmaq olduğunu deyib.

/azerimuslims/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 166 dəfə.

ENO

Read Previous

İctihad məsələlərində qətiyyətlə “bəli” və ya “yox” deməkdən çəkinin!

Read Next

Şeytanı tanıyaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir