• 21 İyun 2019

Bir haqq dostundan nəsihətlər

sukretmek_icin_okuyunAllaha ən böyük təşəkkür əlbəttə ki hər müsəlmanın sahib olduğu sağlamlıq, övlad, azadlıq və daha bir çox neməti üçün şükür etməsidir. Qulluq vəzifəsinin ən təməl prinsipi olan şükr müsəlmana ən çox yaraşan və onun ruh dünyasını işıqlandıran bir davranışdır.
Bir Haqq dostu, qəflətdən uzaqlaşıb, ömür nemətini saleh əməllərlə keçirərək, daim həmd, şükür, riza halında, rahat bir qulluq həyatı yaşayabilməyimiz üçün, bizlərə bu tövsiyələri verir:
“Bəzən xəstəxanalara gedərək xəstələri ziyarət et! Oradakı insanlar kimi xəstəliklərə mübtəla olmadığını və üzərindəki səhhət nemətini düşünərək halına şükür et!
Bəzən həbsxanalara gedərək oradakı məhkumların cürbəcür əziyyətlərlə dolu zindan həyatlarını təfəkkür et! Cinayətin bir anlıq qəzəb və ya cinnət nəticəsində işləndiyini, digər tərəfdən məzlum olaraq həbsə düşüb o cəfaya qatlananların da olduğunu, onların yerində sənin də ola biləcəyini düşün! Allah Təala səni bu hala düşməkdən mühafizə etdiyi üçün Ona şükr et! Oradakıların salamatlığı üçün də dua et!
Sonra qəbristanlıqlara get, oradakı məzar daşlarından hal diliylə yüksələn səssiz fəryadları dinlə! Ömür nemətini itirdikdən sonra peşman olmağın bir fayda verməyəcəyini düşün! Vaxtının qiymətini bil! Məzarda yatanlar üçün dua və istiğfar et! Və bundan sonrakı günlərini daha çox həmd, şükr və zikr ilə qiymətləndirməyə çalış!”
Həqiqətən, insana ölümü və axirəti düşündürən ən gözəl vəsilə, qəbir səfəridir. Rəsulullah Əfəndimiz belə buyurmuşdur:
“Mən sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq qəbirləri ziyarət edə bilərsiniz. Çünki qəbir ziyarəti sizə axirəti xatırladır. “(Tirmizi, Cənaiz, 60; baxın. Müslim, Cənaiz, 106)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 88 dəfə.

calal calalov

Read Previous

Səhabələr Quranı necə anladılar?

Read Next

Qurani kərimə qarşı məsuliyyətimiz.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.