DANIŞIQ MƏDƏNİYYƏTİ

İnsan sözə başlamadan əvvəl fikirləş­mə­lidir:
  Nə danışıram?  Niyə danışıram? Necə danışmalıyam?

Bundan sonra insan öz fikrini müəyyən istiqamətdə, tərzdə və xüsusi şəkildə ifadə ilə izah edə bilər. Nə da­nış­dığını bilməyən, lazımsız, mənasız danışan ada­ma heç kim qulaq asmaz.

Bir şey izah edərkən danışanın çox vaxtı, təkrar oxu­ma və düzəltmə  imkanı olmaz. Buna görə  də üsuluna uyğun və təsirli nitq söyləmək, yazı yazmaq­dan daha çətindir. Gözəl və təsirli danışmaq istəyənlər aşağıdakı qaydaları oxuyub lazımınca tətbiq etmələri məsləhədir.

  •  Əvvəlcə dinləməyi öyrənmək lazımdır. Ən gözəl natiqlər məhz ən gözəl dinləyicilərdir. Qarşındakını tam və axıra kimi dinləmək böyük qabiliyyətdir. Başqalarını dinləməyinin, özünü dinləmələrini tələb etməsi doğru  deyildir.
  • Danışmadan əvvəl yerin, vaxtın və vəziyyətin uyğunluğuna bax. Qarşındakı insana uyğun, onu maraqlandıracaq mövzu seçin. Boş-boş danışmaqla qarşınızdakı insanı daha da özünüzdən uzaqlaşdırmış olarsınız.
  • Düşüncələrinizin  hamısını söylə­mə­yin, amma söylə­dik­lə­rinizin hamısını əvvəlcədən düşünün. Söyləyəcək sözünüz olmadığı zaman susmağı bilin.. Unutmayın ki, danışmaq gümüşsə, susmaq qızıldır.
  • Qarşınızdakı adama  dəyər verin və onun fikirlərinə hörmətlə yanaşın.
  • Sözünüzü qısa kəsin. Lazımsız sözlərlə qarşınızdakını bezdirməyin. Çatdırmaq is­tə­diyiniz fik­ri mümkün qədər aydın tərz­də ifadə edin. Uzun ifadələr səbrin daşmasına və əsas möv­zu­nu an­lamamağa səbəb ola bilər.
  • Ətrafınızdakı insanlara tez-tez nəsihət verməyə çalışmayın. Bir mövzuda fikriniz soruşularsa o zaman münasibət bildirn.
  • Danışarkən sözlərin tələffüz qaydalarına riayət edin. Mənasını bilmədiyiniz sözlər işlətməyin.
  • Özünüzə güvənin, rahat olun amma səmimilikdən də uzaqlaşmayın.

Unutmayın! Sadaladığımız bu qaydaları həyatına tətbiq edən hər kəs, gözəl danışmaq üçün ciddi şəkildə səy göstərmişdir.

Çalışmaq bizdən, müvəffəqiyyət isə Allahdandır.