• 22 Dekabr 2024

Cizgi filmlər uşaqlara necə təsir edir? -Valideynlər diqqət!

Evimizin baş küncünə qoyduğumuz, gün boyu uşağımızı ona əmanət etdiyimiz televiziya və cizgi filmlər heç də günahsız deyil. Televiziyanın yayılması ilə birlikdə cizgi filmlər uşaqların da həyatına girmiş oldu. Uşaqlar bu istehsallara maraq göstərdikcə cizgi film sektoru genişləndi və nəhəng bir sektor halına gəldi. Müasirləşmə ilə birlikdə küçələrdə oynamaq ortadan qalxdı. Artıq uşaqlarımız vaxtlarının çoxunu ekran qarşısında və xüsusilə də cizgi film izləyərək keçirirlər. Ata-analar uşaqlarını idarə altında tutmaq üçün cizgi filmlərinin qarşısına oturdurlar. Cizgi filmlərinin içinə yerləşdirilmiş cinsəllik mesajları uşaqların zehninə cinsəllik toxumlarını addım-addım əkir.

Uşaqların zehninə ekran qarşısında 25-ci kadr dediyimiz subliminal mesaj yolu ilə istənilən davranışı, fikri yeridirlər. Xüsusilə bunlar cinsi və şiddət doğuran mesajlardı və uşaqlar ciddi təhlükə qarşısındadır. Uşaq hər hansı bir cizgi filmi ya da hər hansı bir kadr izləyərkən normal olduğu haldan daha sakit görünürsə və onu səsləyərkən eşitmirsə, reaksiya vermirsə izlədiyi kadrlarda bir hipnoz ola bilər. İnsan bu subliminal mesajları şüurlu şəkildə görə bilmir, amma insanın şüuraltısı bu mesajları qeyd edir.

Hər bir valideyn bilməlidir ki, uşaqlara sevgini, mərhəməti, dostluğu, mərdliyi və s. kimi gözəl xüsusiyyətləri aşıladığını zənn etdiyimiz bir çox cizgi filmlər pornoqrafik şəkilləri, pis və şiddətli davranışları təlqin edir. Uşaqlarımız hiss etmədən o cür qeyri-əxlaqi görüntüləri şüuraltı ilə qavrayır və bu da uşaqların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayaraq gələcəkdə verəcəkləri qərarlara çox ciddi təsir edir.

Mənfi təsirləri sadəcə bununla bitmir.

Bir çox cizgi filmdə qeyri etik ifadələr işlədilir. Uşaqların hafizəsi daha iti olduğu üçün bu ifadələr onların yaddaşında qalır və dostları arasında da işlətməyə başlayırlar. Bu da onların ətrafına təsir göstərir və uşağın şəxsiyyətinə mənfi təsir göstərir.

Bəs faydaları yoxdur?

Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filmə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü, davalı cizgi filmlər uşaq psixologiyasına olduqca böyük zərər vurur. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgi filmlərdəki münasibəti həyatında da görmək istəyir. Və bu da xoşagəlməz halların ortaya çıxmasına səbəb olur.

Artıq hər bir valideyn uşağını tv-yə əmanət etmədən əvvəl bir daha düşünməli, uşağın yetişməsində, şəxsiyyətinin və xarakterinin formalaşmasında öz öhdəliklərini layiqincə yerinə yetirməlidir.

Read Previous

BİR ƏFV DASTANI

Read Next

DANIŞIQ MƏDƏNİYYƏTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.