• 10 Dekabr 2019

Daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” vermək, ya da almaq caizdirmi?

imagesCavab: Hər hansı daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” adı ilə müştəri tərəfindən əvvəlcədən, yəni müqavilə bağlanan zaman ödənilən müəyyən məbləğin, daha sonra müştərinin həmin müqavilədən birtərəfli şəkildə imtina etməsi nəticəsində, verdiyi “beh”in satıcıya qalması məsələsi tarix boyunca müzakirə obyekti olmuşdur. Qurani-Kərimdə bu mövzu ilə bağlı hər hansı məlumat olmamaqla yanaşı, Sünnədə həm caiz olduğuna, 

həm də caiz olmadığına dəlalət edən hədislər vardır (bax. Malik, Müvəttə; Şövkani, Neylül-Övtar). İslam hüquqşünaslarının əksəriyyəti bu kimi müqavilənin etibarsız olduğunu və müqavilənin pozulması nəticəsində alınan behin geri qaytarılmasına qərar vermişlər. Lakin islam hüquqşünaslarının bəziləri də, bunun caiz olduğu fikrini irəli sürmüşlər. Xüsusilə, 1994-cü ildə İslam Fiqh Akademiyasının aldığı qərarlarda bunun caiz olduğu qərara alınmışdır. Belə ki, “beh” vermək şərti ilə bağlanan müqavilə bir qayda olaraq caizdir. Müştəri qərarından vaz keçməzsə, verdiyi “beh” qərarlaşdırdıqarı digər məbləğə əlavə edilir. Əks təqdirdə, yəni müqavilədən imtina edərsə, verdiyi “beh” satıcının mülkiyyətinə keçər.

Nəticə etibarilə, qeyd etmək lazımdır ki, müştəri alacağı əmlakı, satıcıdan müəyyən bir müddət öz adına gözlətməsini tələb etməsi, sonra da almaqdan imtina etməsi nəticəsində əgər müştəri həqiqətən zərərə məruz qalıbsa, əvvəlcədən alınan “beh” həmin zərəri ödəmək məqsədilə müştəriyə qaytarılmayaraq satıcıda qalması halaldır. Əks təqdirdə, əmlakı sadəcə olaraq bir müddət beh verən müştəri üçün saxlamasına baxmayaraq, sonradan bazar qiymətinə uyğun başqasına satarsa, artıq əvvəlki müştəridən aldığı beh ona halal olmaz və geri qaytarmalıdır.  Çünki bu vəziyyətdə satıcının məruz qaldığı hər hansı zərər yoxdur və qaytarılmayan beh əsassız yerə başqasının pulu mənimsəmək olduğu üçün həm dini, həm hüquqi, həm də əxlaqi baxımdan düzgün deyildir.

mənbə:

irfandergisi.com

Oxunub: Bu gün - 1 dəfə, Cəmi - 873 dəfə.

calal calalov

Read Previous

Qeysəriyyə ana və övladı üçün təhlükəlidir

Read Next

Səxavətli olmaq (görüntülü xütbə)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.