• 18 Oktyabr 2019

Dualarımız nə üçün qəbul olmur???

dua 1- Allahı (cc) tanıdığınızı deyirsiniz, amma, Onun əmrlərini yerinə yetirmirsiniz.
2- Allahın (cc) kitabını oxuyursunuz, amma onunla əməl etmirsiniz!
3- Allah Elçisi (səv)-ı sevdiyinizi iddia edirsiniz, ancaq, Onun sünnətini tərk edirsiniz.
4- Şeytanın bir düşmən olduğunu deyirsiniz, amma onun addımlarını izləyir, arxasından gedirsiniz. Və onunla dostluq qurursunuz.
5- Cənnəti sevdiyinizi iddia edirsiniz, amma, cənnət üçün heç bir hazırlıq görmürsünüz.
6- Cəhənnəmdən qorxduğunuzu deyirsiniz. Lakin, ordan qurtulmaq üçün günahlardan uzaqlaşmırsınız.
7- Ölüm haqqdır deyirsiniz, haqq olan bir ölüm üçün heç bir hazırlığınız yoxdur!
8- Başqalarının ayıblarıyla məşğul olursunuz lakin öz ayıplarınızı heç görmürsünüz.
9- Allah Təala həzrətlərinin cürbəcür nemətlərinin içində üzürsünüz, amma Ona şükr etməyi unudursunuz.
10- Ölülərinizi aparıb torpağın qoynuna qoyur, lakin bir gün özünüzün də əcəl şərbətini içəcəyinizi düşünmür və ibrət almırsınız.
Belə qaralmış ürəklərin duası necə qəbul ola bilər ki?
– Əgər yaxşılıqları əmr etməyi tərk edərsəniz, dualarınız qəbul olmaz.
Mənbə:

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 155 dəfə.

calal calalov

Read Previous

Uşaqlarımızı tərbiyələndirməyin 12 qaydası

Read Next

Bu gecə Merac gecəsidir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.