• 18 Sentyabr 2019

Həccdə ölən azərbaycanlıların ailələrinə kompensasiya ödəniləcək

Builki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Report“un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək:

“Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək”.

Qeyd edək ki, builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar – 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.

Mənbə:

Oxu.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 80 dəfə.

calal calalov

Read Previous

Allah qatında ən sevimli dua

Read Next

Peyğəmbərimiz (səv)-in mübarək saçı Moskvaya gətirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.