• 20 Mart 2019

Hədislərdə bildirilən qarabayraqlılar

qarabayraqlilarSon zamanlarda sosial şəbəkələrdə tez-tez qiyamətə yaxın dövrdə ortaya çıxacaq fitnələrdən bəhs olunur. Bu xəbərlərin bir qismi Hz. Peyğəmbərin (s.ə.s.) səhih hədislərinə əsaslandığı kimi, bir qismi də uydurulmuş və heç bir dini əsası olmayan sözlərdir.

Xüsusilə müsəlman dünyasında İŞİD ilə əlaqəli olduğu düşünülən “qarabayraqlılar” hədisi, həm Türkiyə mediasında, həm də digər müsəlman bölgələrində geniş müzakirə mövzusu oldu. Görəsən bu hədislərin (istər lehdə, istərsə də əleyhdə olsun) hansılar olduğunu və hansı dini qaynaqlarda keçdiyini bilirikmi?

1-ci HƏDİS

حَدَّثَنَا الْوَلِيدُ، وَرِشْدِينُ، عَنِ ابْنِ لَهِيعَةَ، عَنْ أَبِي قَبِيلٍ، عَنْ أَبِي رُومَانَ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ، رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: «إِذَا رَأَيْتُمُ الرَّايَاتِ السُّودَ فَالْزَمُوا الْأَرْضَ فَلَا تُحَرِّكُوا أَيْدِيَكُمْ، وَلَا أَرْجُلَكُمْ، ثُمَّ يَظْهَرُ قَوْمٌ ضُعَفَاءُ لَا يُؤْبَهُ لَهُمْ، قُلُوبُهُمْ كَزُبَرِ الْحَدِيدِ، هُمْ أَصْحَابُ الدَّوْلَةِ، لَا يَفُونَ بِعَهْدٍ وَلَا مِيثَاقٍ، يَدْعُونَ إِلَى الْحَقِّ وَلَيْسُوا مِنْ أَهْلِهِ، أَسْمَاؤُهُمُ الْكُنَى، وَنِسْبَتُهُمُ الْقُرَى، وَشُعُورُهُمْ مُرْخَاةٌ كَشُعُورِ النِّسَاءِ، حَتَّى يَخْتَلِفُوا فِيمَا بَيْنَهُمْ، ثُمَّ يُؤْتِي اللَّهُ الْحَقَّ مَنْ يَشَاءُ»

Hz. Əlidən (r.ə) rəvayət edilir ki, o, belə demişdir:

“Qara bayraqları gördüyünüz zaman olduğunuz yerdən tərpənməyin! Əllərinizi, ayaqlarınızı tərpətməyin!Sonra zəif bir toplum çıxacaq, heç bir etibarları olmayacaq. Ancaq dəmir parçaları kimi qatı qəlbləri olacaq. Dövlətləri olacaq. Heç bir sözlərində durmayacaqlar. Andlarına xilaf çıxacaqlar. Haqqa dəvət edəcəklər. Ancaq haqq əhli deyillər. Adları künyələri (Əbu Turab kimi) olacaq və şəhərlərinə nisbətlə adlandırlacaqlar ( Bağdadi, İraqi, Əfqani kimi), saçları qadın saçları kimi uzadılmış olacaq. Öz aralarında ixtilaf çıxacaq. Allah haqqı kimə dilərsə ona verəcək.”

(Nüaym ibn Həmmad (228) K. Fitən I, 210, Hədis no, 573).

Bu hədis mövquf hədisdir. Yəni səhabədən rəvayət edilmişdir.

Hədisin sənədindəki Rişdin və İbn Lehia hədis münəqqidləri tərəfindən tənqid edilmişdir. Bəziləri tərəfindən zəif, bəziləri tərəfindən hədisləri ehkam sayılmayan mövzularda məqbul qəbul edilmişdir.

2-ci HƏDİS

– حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْعَطَّارُ، عَنْ ضِرَارِ بْنِ عَمْرٍو، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِي فَرْوَةَ، عَمَّنْ حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ، رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: ” تَأْتِيكُمْ بَعْدِي أَرْبَعُ فِتَنٍ، الْأُولَى يُسْتَحَلُّ فِيهَا الدِّمَاءُ، وَالثَّانِيَةُ يُسْتَحَلُّ فِيهَا الدِّمَاءُ، وَالْأَمْوَالُ، وَالثَّالِثَةُ يُسْتَحَلُّ فِيهَا الدِّمَاءُ، وَالْأَمْوَالُ، وَالْفُرُوجُ، وَالرَّابِعَةُ صَمَّاءُ عَمْيَاءُ مُطْبِقَةٌ، تَمُورُ مَوْرَ الْمَوْجِ فِي الْبَحْرِ، حَتَّى لَا يَجِدَ أَحَدٌ مِنَ النَّاسِ مِنْهَا مَلْجَأً، تُطِيفُ بِالشَّامِ، وَتَغْشَى الْعِرَاقَ، وَتَخْبِطُ الْجَزِيرَةَ بِيَدِهَا وَرِجْلِهَا، وَتُعْرَكُ الْأُمَّةُ فِيهَا بِالْبَلَاءِ عَرْكَ الْأَدِيمِ، ثُمَّ لَا يَسْتَطِيعُ أَحَدٌ مِنَ النَّاسِ يَقُولُ فِيهَا: مَهْ مَهْ، ثُمَّ لَا يَعْرِفُونَهَا مِنْ نَاحِيَةٍ إِلَّا انْفَتَقَتْ مِنْ نَاحِيَةٍ أُخْرَى ”

Əbu Hüreyrə (r.ə) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət etmişdir:

“Məndən sonra dörd fitnə başınıza gələcək: Birincisində qanlar halal sayılacaq. İkincisində qanlar və mallar halal sayılacaq. Üçüncüsündə qanlar, mallar və namuslar halal sayılacaq. Dördüncüsü fitnə isə kar, kor, örtülmüş, içindəki nə olduğu bilinməyən boşqab kimi olacaqdır. Dənizdəki dalğa kimi gələcək, heç bir insan ondan qaçıb sığınacaq bir yer tapa bilməyəcək. Bu fitnə Şamın içində dolanacaq, İraqı bürüyücək və Ərəb yarmadısının bütününü əhatə edəcək, kimisinə əli ilə, kimisinə ayağı ilə vuracaq. İnsanlar onların əlindən elə bəla çəkəcək ki, dəriçinin əlində dərinin dartışdırılması kimi bütün ümməti əhatə edəcək. Bir bəşər övladı çıxıb bu bəlanın qarşısını ala bilməyəcək. Bir yerdə basdırılsalar, digər bir tərəfdə ortaya çıxacaqlar”

(Nüaym ibn Həmmad (228)

K. Fitən I, 55 hədis No 89)

Hədisləri tərcümə və təxric edən: ilahiyyat üzrə fəlsəfə doktoru, hədisşünas Vüqar Səmədov

mənbə:

sunna.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 272 dəfə.

calal calalov

Read Previous

İnsanlar bir-birlərinə möhtacdır

Read Next

“İsrail bütün yəhudilərin milli dövləti, ərəblər ikinci sinif vətəndaş oldu.

2 Comments

  • MasaAllah hedisde kecen qara bayraqlilar dogru vurqulanib eyriliye eskikliye yol vermeden millete catdirmisiniz Allah sizlerden razi olsun insaAllah

  • Davamli olsun insaAllah savabiniz ,

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir