• 16 İyul 2019

Hansı balıqları yemək olar, hansıları olmaz?

Dəniz canlılarının (suda yaşayanların) hamısının əti halaldır. İstər bunlar diri tutulmuş olsun, istər ölü əldə edilmiş olsun, istər müsəlman tutsun, istər bütpərəst və ya qeyri-dindən olan tutsun heç nə dəyişilməz bütün hallarda dəniz canlıları halaldır. Bu canlılardan yalnız əti öldürücü zərərli olanları yemək olmaz. Allah təala quranda buyurur:
“Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi.” (Maidə 96)
Eyni zamanda Əbu Hureyrə belə rəvayət edir: “Bir adam Allah Rəsulundan soruşdu. “Ya Rəsulullah, Biz dənizdə səfərlər edirik və yanımızda çox az içməli su olur. Onunla dəstəmaz alsaq susuz qalarıq. Dəniz suyu ilə dəstəmaz alaqmı?” Rəsulullah buyurdu. “Onun (dənizin) suyu təmiz, ölüsü də halaldır.” (Buxari, Müslim)
Nəticə olaraq deyə bilərik ki, bütün balıqların yeyilməsi halaldır. Yuxarıdakı dəlillərin heç birində hər hansı balığa istisna qoyulmamışdır. Qeyd edək ki, bu dediklərimiz sırf suda yaşayan heyvanlar barəsindədir. Suda-quruda yaşayanlar üçün hökm fərqlidir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 298 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Dəccal Kimdir?

Read Next

QUL HAQQI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.