• 05 Dekabr 2020

Hikmət nədir?

Hikmət üçün müxtəlif təriflər deyilir, fərqli mənalar verilmişdir.

“İşi ən düzgün və ən uyğun şəkildə görməkdir.”
“Əşyanın həqiqətindən bəhs edən elmdir.”
“Maddədə olan gizli İlahi sirr və məqsədlər.”
“Əməl ilə birgə elm.”
“Faydalı elm və saleh əməl.”
“İnsandakı ağıl gücünün doğru istiqamətdə və ifratdan uzaq olma mərtəbəsi.”

Bunların içində ən çox işlədilən mənaları, sirr, məqsəd və faydadır. Bu işin hikməti nədir, deyildiyi zaman bundan məqsəd nədir,mənası başa düşülür. Deməli bir iş görüləcək ki, fayda hasıl olsun, hikməti ortaya çıxsın. İslam alimləri tək başına elmi hikmət kimi görməzlər. Elmlə əməl olunmasını, bu elmin tətbiq olunmasını və faydalı nəticələr verməsini şərt qoşurlar.

Cisimlərin varlığından və məqsədindən söz etdiyi üçün fəlsəfəyə hikmət elmi deyilir. Filosof çalışmalarının nəticəsində insanların faydalanacaqları bir həyat tərzi, bir əxlaq nizamı ortaya qoymursa, həqiqi mənada hikmət yoxdur deməkdir.

“Hikmət; elm və hikmət əməldir. Hər ikisini cəm edə bilməyənə hakim deyilməz,” deyir məşhur müfəssir Elmalılı Hamdi Yazır.

 İnsanın hikmət əhli olmağı, onun Rəbbinin razı olduğu qul olmasına bağlıdır. Onu razı etmədikdən sonra, onun yaratdığı varlıqları araşdırmaq və bunların insanlara olan faydalarını ortaya çıxarmaq, hikmət əhli olmaq üçün kafi deyildir. Qurani Kərimdəki sirləri anlayan, ancaq həyatına tətbiq etməyən bir insan təsəvvür edək. Bu insan alim ola bilər, amma hakim (hikmət sahibi) olmaya bilər. Kainat kitabını Allah üçün oxumayan, ondan bu yönü ilə faydalanmayan insan da, belədir.

Hikmətin “peyğəmbərlik mənası da var. Peyğəmbərlik İlahi müəssisədir. Allahın elçiləri kainat kitabını oxumuş, oxutmuş və insanlardan Allahın əmri olan vəzifələri insanara vermişdirlər. Bütün varlıqların hikmətlə yaradıldığını, hər birinin vəzifələri olduğunu insanlıq aləminə öyrətdikdən sonra, bütün bu məxluqatın insana xidmət etdiyini demişdirlər. Odur ki insanın önəmli vəzifəsi olmalıdır. Yoxsa hikmətlə yaradılmış bütün varıqlar boş yerə , məqsədsiz şəkildə insanın əmrinə verilmiş olardı. Bunlar peyğəmbərlərin insanlara öyrətdikləri hikmətlərdir. Onu da deyək ki, həqiqi hikmət fəlsəfədə  deyil, nübüvvətdədir. Çünkü nübüvvət məktəbində elm ilə əmə birgə öyrədilir. Eyni zamanda əşyanın hikməti birbaşa o əşyanın yaradıcısı tərəfindən bizə bilgi olaraq göndərilir.

Hikmət, hər sahədə olduğu kimi, insanlara həqiqəti öyətməkdə də, ən böyük əsasdır. Hikmətsiz edilən təbliğ, vaxtı və yeri nəzərə alınmazsa, şəfqətlə edilməzsə, elmə dayalı deyilsə və yaşanaraq edilməzsə nəticə verməz.

“İnsanları Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə dəvət et…”[1]

ayəsindəki İlahi fərman, İslamın təbliği ilə məşğul olanlara hikmətli davranmalarının vacib olduğunu anladır.


[1] Nəhl, 16/125

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 15 dəfə.

Qulu Məmmədov

Read Previous

Necə dua edək ki, Allah qəbul etsin?

Read Next

Müsəlmanların bəzi halları