• 23 May 2019

İSLAM DİNİNDƏ ZİNANIN QARŞISININ ALINMASI ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR

imagesSual: İslam dini zinaya qarşı nə kimi tədbirlər almışdır? Cavab: İslam dini zinaya qarşı insan və cəmiyyətlərlə əlaqədar bir sıra tədbirlər almışdır. Məsələn: İmkanı olanın evlənməsi, evlenemeyenin oruc tutaraq nəfsini qoruması, baxışların haramdan qorunması, qadınların məhrəm yerlərini örtməsi, bir-birilərinə naməhrəm olan kişi və qadınların baş-başa qalmaması kimi tədbirlər bunların başında gəlir. Allahu Təala qadını kişiyə həyat yoldaşı olsun və bir-biri ilə xoşbəxt olsunlar deyə yaratmışdır. Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedi. (Ə’raf,189) Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Nəhl 72 ) Allahın Rəsulu evlənmə imkanı tapa bilməyən gənclərə belə buyurmuşdur: “Sizdən evlənməyə gücü çatan evlənsin, çünki evlilik gözü haramdan qoruyar və cinsi orqan üçün də ən möhkəm qaladır. Evlənməyə gücü çatmayan isə oruc tutsun. Çünki oruc cinsi istəyi zəiflədər” (Buxari, Savm, 1; Müslim, Siyam, 74, 79) Quranda kişi və qadınların gözlərini haramdan qorumaları, məhrəm yerlərini örtmələri əmr edilməklə zinaya gedən yolların bir ölçüdə bağlanmış olacağına işarə edilmişdir. (Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) (Nur, 30,31) Digər tərəfdən Hz. Peyğəmbər də dil, ağız, əl, ayaq və göz kimi orqanların zinasından söz edərək, (Müslim, Qədər, 5) zinaya yaxınlaşdıran qeyri qanuni əlaqələrin, bir növ zina olduğunu ifadə edərək ümmətini onlardan çəkindirmişdir. Digər tərəfdən aralarında evlənmələri üçün hər hansı bir maneə olmayan yəni bir-birilərnə naməhrəm olan kişi ilə qadının, qapalı bir yerdə baş-başa qalmalarının qadağan edilməsi  də bir başqa tədbirdir. Xəlvət deyilən bu vəziyyət üçün hədisdə belə buyurular: “Kim Allaha və axirət gününə inanırsa, məhrəmi olmayan bir qadınla tək başına qalmasın, çünki onların üçüncüləri şeytan olar”. (Müslim, Həcc, 74; Tirmizi, Rada, 16; Hakim, Müstədrək, I, 114) Qarşı cinsin bir-birinin söz, hərəkət və davranışlarından təsirlənməsi qaçınılmazdır. Bunu ən aza endirmək və ya buna yol açacaq vəziyyətlərdən çəkinmək lazımdır. Digər tərəfdən qadınların onlara məhrəm olmayan kəslərlə danışarkən, ciddi və ağır başlı olaraq danışmaları, “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (Əhzab, 32) bəzək və əndamlarını göstərməmələri,  (Nur, 31) bunun üçün də küçəyə çıxdıqlarında hicab və xarici geyimlərini örtünmələri, “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab, 59) harama qapı açacaq davranışları önləməyə istiqamətli tədbirlərdəndir. Hz. Peyğəmbərin (səv)-in, qadınların ev xaricində başqalarına hiss etdirəcək ölçüdə qoxu sürtərək gəzmələrini xoş qarşılamaması da bu xüsusiyyətdə bir tədbirdir. (Tirmizi, Ədəb, 35, Rada, 13)

MƏNBƏ:

ALTINOLUK

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 260 dəfə.

calal calalov

Read Previous

Tarixdə BU GÜN

Read Next

KASIB ATANIN “VARLI QIZLARI”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir