• 20 Aprel 2024

Lotereya oyunları qumardırmı?

lotereyaCavab: Ayədə qumar “meysir” kəlməsi ilə ifadə edilmişdir. Bu da “asanlıq” mənasına gələn “yüsr” kökündəndir. Yorulmadan, alın təri olmadan, asanlıqla qazanc əldə olunduğu və ya itirildiyi üçün həmin ad verilmişdir. Qumar içki ilə birgə qadağan olunmuşdur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Maidə, 5/90, 91)

Qumar insana yaradanı unutduran, namaz qılmağa maneçilik törədən, tənbəlliyə sürükləyən, əmək qabiliyyətini ortadan qaldıran, insanlar arasına kin, ədavət və nifaq salan haqsız qazanc (əsassız varlanma) yoludur. Neçə-neçə ailələr və sərvətlər qumar üzündən məhv olmuşlar.

Odur ki, adı nə olursa olsun, əmək və ya sərmayə riski daşımayan bəxt oyunları qumar hesab olunur. Ancaq hər hansı bir işlə məşğul olan fiziki və ya hüquqi şəxs müştəri cəlb etmək məqsədilə müştərilər arasında püşk atmaq surətilə, yaxud müəyyən miqdarda alış-veriş edənlərə müxtəlif hədiyyələr verə bilər. Bunda dini baxımdan hər hansı günah yoxdur. Lakin lotoreya və buna oxşar oyunlar belə deyil. Çünki bu kimi oyunlarda bilet alanların pulları yığılır, sonra qalib gələn oradan öz payını götürür, oyunu təşkil edənlər isə ən çox məbləğləri əldə edirlər. Belə olan halda, bu kimi bəxt oyununu oynadanlar müəyyən bir işlə məşğul olaraq və həmin işdən qazandıqlarının bir hissəsini ayıraraq müştərilərinə bağışlamırlar. Yəni, bilet alanlar verdikləri pul müqabilində hər hansı əşya almır, yaxud onlara hər hansı xidmət göstərilmir, eləcə də qoyduqları pulları oyun oynadanlara və ya qalib gələnlərə bağışlamırlar. Çünki bilet alanın məqsədi az verib çox qazanmaqdır. Bu da, məhz qumarın bir növüdür. Yəni, beş-altı nəfərin ortaya pul qoyub zər ataraq, kart çəkərək, atları yarışdıraraq və s. kimi yollarla pul götürməsi ilə lotoreya kimi oyunlar arasında heç bir fərq yoxdur. Ancaq dükandan, marketdən alış-veriş edən verdiyi pulun müqabilində əşya alır, market sahibinin verdiyi hədiyyə isə, onun öz qazancından verdiyi hədiyyədir.

Mənbə:irfandergisi.com

Read Previous

İslamda içki necə haram edildi?

Read Next

Tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.