• 22 Mart 2019

Müsəlman Qardaşları liderinə ölüm hökmü

muselman qardaslarMüsəlman Qardaşları Təşkilatı rəhbərlik şurasının sədri Məhəmməd Bədii haqqında ölüm hökmü çıxarılıb.

ANS PRESS-in məlumatına görə, Misir məhkəməsi Bəddi ilə yanaşı, əlavə 13 nəfər barəsində də ölüm hokum çıxarıb.

Dövlət çevrilişinə görə ittiiham edilən Bədii bundan əvvəl də bir neçə iş səbəbilə ölüm hökmü alsa da, cəzası ömürlük həbslə əvəz edilib. Lakin bu dəfə hökmün icrası barədə qərarın təsdiq edilməsi üçün Misirin baş müftisinə sənəd göndərilib. Qərarın gələn ay verilməsi gözlənilir.

Müsəlman Qardaşlarının liderliyinə 2010-cu ildə gələn Bədii 1965-ci ildə həbs edilib və hərbi məhkəmə tərəfindən 15 il cəza alıb. 1974-cü ildə təşkilatın məhkumları ilə birlikdə həmin dövr yeni seçilən dövlət başçısı Ənvər Sədat tərəfindən şərtlə azadlığa çıxıb. 2013-cü ilin avqustunda isə yenidən həbs edilib.

Mənbə
ANS PRESS

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 42 dəfə.

calal calalov

Read Previous

Peyğəmbər əfəndimiz (səv)-in Əbu Hureyrə (ra)-a vəsiyyəti

Read Next

“Fələstini yox edəcəm”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir