• 25 İyun 2019

“Nə tökərsən aşına o da cıxar qarşına”

sabit-teraziYaşlı bir kişi, evdə xanımının hazırladığı kərəyağlarını yaxınlıqdakı dukana aparıb satir, gündəlik dolanışığını təmin edirdi. Dükanın sahibi ona inandığı üçün yağları tərəziyə qoymadan birbaşa təhvil alırdı. Ancaq bir gün həmin adam getdikdən sonra yağları tərəziyə qoydu, yağların 900 qram olduğunu görüncə də çox hirsləndi və: “səhər bura gəlsin bunun hesabini ondan soruşacam bir daha da ondan alver etməyəcəm”. Dedi.

Ertəsi gün yaşlı adam əlində kərəyaği ilə içəriyə girdi. Dukançı sərt baxışlarla “bir daha səndən kərəyağı almayacağam” dedi. Yaşlı adam üzüntülü bir şəkildə: “qardaş, bir yanlışım mı oldu”? dedi. Dukançı: “sənin mənə verdiyin kərəyağını tərəzidə çəkdim, 900 qram gəldi, ayıb deyilmi bu etdiyiniz”? dedi.

Yaşli adam utanaraq başini yərə əydi və: “əfəndim bizim tərəzimiz yoxdur. Sizdən bir kilo şəkər almışdım. Onu tərəzi olaraq istifadə edirik dedi. Yəqin ki, sizin verdiyiniz şəkər 900 qram olub. Məndə ona uyğun cəkmişəm”. Dukançi utancından nə edəcəyini bilmədi. Çunki səbəbkar ozu idi.

Bəli dunya belədir. Atalar yaxşı deyib: “”. Bu dunyada nə əksək axirətdə də onu biçəcəyik. Allah hər birimizin yar ve yardımçısı olsun. Amin.

Oxunub: Bu gün - 1 dəfə, Cəmi - 413 dəfə.

calal calalov

Read Previous

Gündə 10000 uşaq yetim qalır

Read Next

Qədr gecəsinə aid ayət və hədislər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.