• 22 Oktyabr 2019

NİYƏ XARİCİ DİL?

Əvvəllər insanlar iki dil öyrənməyin zehində qarışıqlığa səbəb olduğunu düşünürdülər.

Yeni araşdırmalar isə başqa bir dil öyrənməyin inanılmaz psixoloji faydaları olduğunu göstərir. Bunlar aşağıdakılardır :

  1. Beyni inkişaf etdirir:

Beyindəki dil mərkəzləri, uğurlu dil öyrənməyin nəticəsi olaraq inkişaf edir və böyüyür. Nə qədər yaxşı öyrənsəniz, beynin bu həyati bölgələri o qədər çox inkişaf edir və böyüyür.

  1. Ağlın itməsinin qarşısını alır:

Dil öyrənmək, Alzheimer xəstəliyinə meyilli insanlarda xəstəliyi təxminən 5 il gecikdirir. Olduqca inanılmaz görünür, amma yeni araşdırmalar da bu nəticəni dəstəkləyir. Başqa bir dil öyrənməyin zehni xəstəliklərə təsiri, ən yeni dərmanlarla əldə edilə biləcək təsirdən daha qüvvətlidir.

  1. Dinləmə bacarığını inkişaf etdirir:

Dil bilmək dinləmə bacarığını inkişaf etdirir. Çünki beyin iki, ya da daha çox dildə yer alan fərqli tipdəki səsləri ayırd etmək üçün daha çox çalışmaq məcburiyyətində qalır.

  1. Dilləri ayırd etməkdə daha həssas olurlar:

İki dilli evlərdə böyüyən kiçik uşaqlar, daha əvvəl heç eşitmədikləri dilləri ayırd edə bilirlər və fərqi hiss edirlər.

  1. Hafizəni gücləndirir:

İki dilli mühitdə böyüyən uşaqlar, tək bir dillə böyüyənlərə nisbətən daha güclü çalışan hafizəyə sahib olurlar. Zehni hesablama, oxuma və s. kimi qabiliyyətlər onlarda daha güclü olur.

  1. Eyni anda çox iş görülə bilər:

İki dilli insanlar bir işdən başqa bir işə daha sürətli keçə bilirlər. Gözlənilməz vəziyyətlərə uyğunlaşmağı yaxşı bacarırlar.

  1. Diqqəti artırır:

İki dilli insanlar diqqətlərinə daha çox nəzarət edirlər. Diqqətlərinin dağılmasının qarşısını asanlıqla almağı bacarırlar.

  1. Fəallıq ikiqat artır:

İki dilli insanlarda artan diqqət, ya da eyni anda çox iş edə bilmək kimi ciddi idraki səviyyə inkişaf edir. Bunun səbəbi iki dilli insanların hər iki dili də eyni anda aktiv hala gətirməsi və davamlı hansının uyğun olduğunu ayırd etməsidir. Bütün bunlar vacib zehni faydalar qazandırır.

  1. Görmənin yeni yollarını təqdim edir:

Yeni bir dil öyrənmək dünyaya baxışımızı dəyişdirir. Məsələn, Yapon dilində (eynilə Azərbaycan dilində olduğu kimi), açıq mavi və tünd mavi üçün ayrı bir ad olduğuna görə, bu dili öyrənən İngilis, bu rəngi fərqli şəkillərdə qəbul etməyə başlaya bilər.

  1. Ana dilimizi inkişaf etdirir:

İkinci bir dil öyrənmək diqqətinizin dilin mücərrəd qaydalarına və quruluşuna verməyinizə səbəb olacağı üçün öz dilinizdə də daha yaxşı olmanızı təmin edə bilər. Bir dilçinin dediyi kimi: “Bir dili yaxşı anlamaq üçün ən az iki dili anlamağınız lazımdır”.

Bütün bu 10 faydadan başqa, xarici dil öyrənməyin ən gözəl faydalarından biri də, öz mədəniyyətimizi başqa bir mədəniyyətin gözündən görməyinizi təmin etməsidir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 188 dəfə.

Səməd Əlixanov

Read Previous

ƏN QİYMƏTLİ XƏZİNƏ

Read Next

Hər işdə bir xeyir vardır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.