• 19 Oktyabr 2019

Ölümünü Peyğəmbərə (s) tkian batmasından üstün tutanlar

1287907393_gul[1]

Ölümünü Peyğəmbərə (s) tkian batmasından üstün tutan səhabə: HUBEYBİN EDAMI

Allah Rəsulunun (s) Qureyşlilər tərəfindən əsir tutulan səhabəsi Hubeyb bin əl-Adiyyin (r) edam edilməsini seyr etmək üçün minlərlə qureyşli Məkkə ətrafındakı bir vadiyə toplaşmışdılar…

Bu insanlar arasında gənc (gələcəkdə müsəlman olacaq) Səid bin Amr da var idi… O, ön cərgələrdə dayanmışdı…

Əsir tutduqları Hubeybi edam etmək üçün darağacının yanına gətirdilər. Bu zaman Səid ibn Amr irəli çıxıb Hubeybə (r) yaxınlaşdı və onun belə dediyini eşitdi:

– Buraxın məni! Ölmədən öncə iki rükət namaz qılım.

Onlar Hubeybin istəyini yerinə yetirdilər… O, Kəbəyə tərəf yönəlib iki rükət namaz qıldı və namazını bitirdikdən sonra belə buyurdu:

– Allaha and olsun ki, əgər ölümdən qorxduğum üçün namazı uzatmış olduğumu düşünməsəydiniz, daha çox namaz qılmaq istəyərdim…

…Beləcə Səid b. Amr öz xalqının Hubeybi (r) diri-diri doğradıqlarını öz gözləri ilə görmüşdü. Qövmü, hətta Hubeybi edam edərkən belə, ətrafdakılar ona belə sual verirdilər:

– Özün xilas olub yerində Muhəmmədin (s) olmasını istəyərdinmi?

Hudeyb isə qanlar içində:

– Vallahi, Muhəmmədə bir tikan belə batırılması qarşılığında xilas olmağı istəmərəm! – deyə cavab verirdi…

Bu cavabı eşidən camaat əllərini havaya qaldıraraq:

– Öldürün onu! Öldürün onu! – deyə qışqırırdılar…

Gələcəkdə bu hadisəni heç unutmayacaq və müsəlman olacaq Səid b. Amr (r) Hubeybin ölüm anında gözlərini səmaya dikərək belə dua etdiyini xəbər verirdi:

– Allahım onları unutma! Onları yox et və sağ buraxma!

Beləliklə, Hubeyb (r) endirilən qılınc zərbələri altında şəhid oldu…

Səid bin Amr bu hadisədən çox təsirlənmişdi. Bu hadisə ona daha əvvəl bilmədiyi çox şeyi öyrətmişdi: “Əsl həyat əqidədir. Ölənə qədər bu inanc uğrunda mübarizə aparmaq isə, bu inancın sütunudur”.
Qısa bir zaman ərzində ibrət alıb, həyatını doğru yöndə dəyişən Səid bin Amr 14 əsrdir ki, ibrət almaqda belə aciz olan bu İslam ümməti üçün gözəl bir nümunədir…

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 62 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Kilsəyə gələnlərə Quran oxuyan qadın keşiş

Read Next

Əhmədi Necad: “Zorla şəriət olmaz”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.