• 28 Mart 2024

Peyğəmbər əfəndimiz (səv)-in uşaqlara olan sevgisi

ovladsevgisiNəbilər Sultanı Hz. Məhəmməd (sav)-in bütün insanlığa nümunə olan şəfqəti, mərhəməti və möminlərə olan düşkünlüyü, uşaqlara qarşı rəftarında da çox yüksək səviyyədə görülməkdədir. Hz. Peyğəmbər (səv) öz uşaqları, nəvələri və səhabələrinin uşaqları ilə çox yaxından maraqlanmış, doğulmamışdan əvvəl adlarının qoyulmasına, səhhətlərinə elmlərinin artmasına, geyimlərinə, oynadıqları oyunlara belə nəzarət etmişdir.
Cənabi-Haqq buyurur:
“Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” (Ənfal, 28) Rəsulullah (səv) buyurdu:
“Uşaqlarınıza ikram edin və onları gözəl tərbiyələndirin.” (İbn-i Macə, Ədəb, 3) Hz. Aişə (ranha)-nın rəvayət etdiyinə görə bir dəfə Hz. Peyğəmbər (səv), nəvələrini sevərkən ziyarətinə İslamın mərhəmət, şəfqət, nəzakət və ədəbindən uzaq bir bədəvi gəldi. Rəsulullahın (səv) uşaqları həddindən artıq sevməsinə heyrət edərək:
“Ya Rəsulullah! Siz uşaqlarınızı öpürsünüzmü? Biz uşaqlarımızı öpüb oxşamırıq.” Dedi. (Allahın ona verdiyi övlad nemətin qarşı bədəvinin duyğusuz və laqeyd olması, Allah Rəsulu (səv)-i narahat etdi) Bədəviyə:
“Allah sənin könlündən mərhəmət və şəfqəti çəkib çıxarmışsa mən nə edə bilərəm!…” Buyurdu. (Buxari, Ədəb, 22)

Mənbə:islamveihsan.com

Read Previous

Eşşək südünün bəzi xəstəliklərin müalicəsi zamanı içilməsi caizdirmi?

Read Next

Peyğəmbər əfəndimiz (səv)-in ilk cümə xütbəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.