• 28 Mart 2024

Peyğəmbər əfəndimizin son vəsiyyəti

sonvesiyyetCənabı Haqq, namazı ciddiyə almayıb onu qəflətlə qılanlara belə: “Təəssüflər olsun!” Buyurarkən, bir namazı tərk etmənin qədər dəhşətli bir hal olduğunu düşünmək lazımdır Ayəti-kərimələrdə buyurulduğu kimi Cənnət əhli, Cəhənnəmə əhlinə uzaqdan uzağa soruşarlar:“Sizi Səqərə (Cəhənnəmə) salan nədir?”Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik;(ƏlMuddəssir, 42-43)

Namazı tərk etməyin, heç bir haqlı və etibarlı bəhanəsi ola bilməz. Hərb halında belə müsəlman əsgərlər növbə ilə namazlarını camaatla qılarlar. (Nisa, 102.)

Bu səbəblə son nəfəsimizi verənə qədər, namaz barəsində könlümüzü daim oyanıq tutmalıyıq. Necə ki, Allah Rəsulunun son dəmlərini izah edən Həzrəti Ənəsradiyallahu anhbelə deyər:

-Vəfâtı Əsnasında Rəsulullah səllallahu əleyhi səlləm-Əfəndimizin yanındaydım. Bizə üç dəfə:

«-Namaz Barəsində Allahdan qorxunBuyurdu belə davam etdi:

-Əmriniz Altındakı insanlar haqqında Allahdan qorxun. İki zəif haqqında Allahdan qorxun: Onlar, dul qadın yetim uşaqdır. Namaz barəsində Allahdan qorxun! .. »

Rəsulullah səllallahu aleyhi səlləm daha sonra, Namaz, namaz deyə təkrar etməyə başladı. Mubarək  ruhu Ən Uca Dosta yüksəlincəyə  qədər, bunu içdən içə təkrar edirdi. (Beyhaki, Şuab, VII, 477)

mənbə:
islamveihsan.com

 

Read Previous

Qurban əti yoxsa ibadəti!?

Read Next

Həccə getmək üçün yaş məhdudiyyəti qoyula bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.