• 22 Mart 2019

Qəbirstanlıqlar və qəbir yerləri haqqında yeni qanun

qebirstanliqYeni qəbiristanlıqlar salınacaq və həmin qəbiristanlıqlarda yerlər pulsuz olacaq.Qəbir daşları da müəyyən standartlara əsasən qoyula biləcək.Bu və bənzər tələblər yeni hazırlanan qanunla tənzimlənəcək.

Yüzlərlə hətta bəzən minlərlə manat pul ödənilir.Sanki qəbir yox mülk satın alınır. İşbazlar ölüm hallarından da pul qazanır.

Ancaq artıq belə olmayacaq. Bu sahə qanunla tənzimlənəcək.Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təklif etdiyi ”Qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı” haqqında qanun layihəsi yaxın günlərdə Milli Məclisə göndəriləcək

Komitənin sədr müavini Səyyad Aran bildirib ki, qanunda icrası məcburi tələblər olacaq və yeni qəbirstanlıqlar salınacaq.Bu qəbirstanlıq yaşayış yerlərindən azı 300 metr məsafədə yerləşəcək və həmin ərazi sanitariya-mühafizə zonası olacaq

Qanunda qəbir daşlarına da nəzarət ediləcək, daşların milli-memarlıq üslubuna uyğun olması tələb olunacaq.

Yeni qəbirstanlıqlar salarkən təbi fəlakətdə ziyan dəymə riski minimuma endiriləcək. Qəbirstanlıqlarda yaşıllıqların sulanması və ziyarətçilərin içməli su ilə təmin olunması üçün su sistemi də quraşdırılacaq, avtomobillərin rahat hərəkəti üçün yol da salınacaq.

mənbə:
xezerxeber.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 196 dəfə.

calal calalov

Read Previous

Misvak və faydaları

Read Next

İsraildən dəhşətli vəhşilik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir