• 20 Aprel 2024

Quran-i Kərimdə hansı möcüzələrdən söz edilməkdədir

kurani-kerimMüsəlmanların müqəddəs kitabı olan Qurani Kərimdə bir çox möcüzələrə rast gəlmək mümkündür.Bunlardan bəziləri aşağıdkılardır:

1.Hz. İbrahim (əs) Babil hökümdarı Nəmrud tərəfindən atəşə atılmış və atəş uca Allahın “ Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol.” əmrinə uyaraq onu yandırmamışdır. (Ənbiya sürəsi, 58-69)

2.Hz. Salih (əs)-ın Səmud qövmünün istəyi üzərinə bir dəvə gətirməsi ve Səmud qövmünün yoldan çıxaraq dəvəyi kəsmələri və bunun qarşılığında uca Allahın dəhşətli bir zəlzələ ilə onları yox etməsi. (Şuəra sürəsi, 141-158)

3.Hz. Yaqub (əs)-ın, oğlu Yusif (əs)-ın köynəyini kor olan gözlərinə sürtməsi nəticəsində gözlərinin açılması. (Yusif surəsi, 92-96)

4.Hz. Musan (əs)-ın əlindəki əsanın ilana çevrilməsi, (Taha surəsi 17-21) Əlini qoynuna soxub çıxardığında əlinin ağappaq olması, (Taha 22, Nəml 12) Əsasının Fironun məclisində sehirbazların ip və dəyənəklərini udması, (Taha 65-70) Əsasını dənizə vurunca dənizin yarılması və İsrailoğullarının oradan keçmələri, Firon və ordusu keçərkən isə dənizin bağlanaraq onları udmasi. (Şuəra 61-66)

5.Hz. Süleyman (əs)-ın bir quşla danışması və qarışqanın dediklərini başa düşməsi, (Nəml 18-28)

6.Hz. İsa (əs)-ın Allahın izniylə palçıqdan quş düzəldərək ona üfləməsi və quşun canlanaraq uçması, ölüləri diriltməsi, anadangəlmə kor və alaca xəstəliyinə tutulmuş kimsələri sağaltması, Havarilərin istəyi üzərinə göydən süfrə endirməsi. (Maidə sürəsi, 110, 114-115)

Mənbə:timeturk.com

Read Previous

Qiyamət günü ailəmizdən ayrı düşməmək üçün…

Read Next

Özümüzə kimləri nümunə götürməliyik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.