• 25 Avqust 2019

“Xoş gəldinRamazan” klipi izlənmə rekordu qırır

Bu günlərdə Badi Kubə dini mahnılar qrupunun “Xoş gəldin, Ramazan” adlı klipinin təqdimat mərasimi keçirilib.
3 dildə təqdim olunan klip youtube portalında artıq 10 mindən çox baxış əldə edib.
Klipin prodüsseri Elçin Ağazadə bildirib ki, 30-a yaxın insanın əmək sərf etdiyi klipin çəkilişləri Bilgəhdə, Nardaranda, İçəri şəhər eləcə də “Alov qüllələr”i ətrafında olub.
Ramazan ayının özəlliyini biruzə verməyə çalışılan klipdə müxtəlif peşə sahiblərinin və cəmiyyətin müxtəlif təbəqələrinin tək Allah yolunda oruc tutmaları və çətinliklərə baxmayaraq səbrlə iftar vaxtını gözləmələri göstərilib.
Elçin Ağazadə bildirib ki, klipin çəkilişi əvvəlcə məşhur rejissor Kənan MM ilə danışılsa da, rejissorun dünyaya övladının gəlməsi planları dəyişdirib. Zaman qıtlığı yaşanan vaxt gənc rejissor Mehdi Yaqubov qrupa dəstək olub və klipin çəkilişlərin üzərinə götürüb.
On bir ayın sultanı olan Ramazan iyun ayının 18-dən başlayıb. Bayram isə iyulun 18-nə təsadüf edir.

Mənbə:

sunna.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 193 dəfə.

calal calalov

Read Previous

Dünyanın ən uzun iftar süfrəsi rekordu qırıldı

Read Next

Kasıblar varlılardan əvvəl cənnətə girəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.