• 22 İyul 2019

Şərait yoxdursa, təyəmmüm qüslü əvəz edirmi?

  

Cinsi münasibətdən sonra qüsl almağa şərait yoxdursa, təyəmmümlə namaz qılmaq olarmı?

İslam asanlıq dinidir. Şərait və imkan olmadıqda təyəmmüm hökmü bulaşığı təmizləmə yollarından biri olub? qüsl və dəstəmazı əvəz edir. Təyəmmümlə bağlı Allah Təala Quranda belə buyurur:

“…Əgər cünub olmuşsunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O siz pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, şükür edəsiniz!” (əl-Maidə, 6).

Təyəmmüm aşağıdakı hallarda alınır:

– Su çox soyuqdursa və xəstələnmə ehtimalı olarsa;

– Qüsl və ya dəstəmaz ala bilməyəcək qədər xəstəyiksə;

– Səfərdə ikən yanınızda su yoxdursa;

– Əgər su yaxındadırsa, lakin o sudan istifadə etməklə cana və ya  mala zərər verəcək yırtıcı heyvan və ya düşmən olarsa.

Əgər sizin də qüsl almağa su tapma imkanınız və ya soyuq suyu isitməyə şəraitiniz yoxdursa, bu zaman qüsl yerinə təyəmmüm ala bilərsiniz. Lakin bu təyəmmüm yalnız qüslü əvəz edir, qüsldən sonra hər namaz üçün dəstəmaz almaq lazımdır.

Təyəmmümün səhih olması üçün təyəmmüm alınacaq maddənin (torpaq, qum, kirəmit, beton, daş və torpaq qəbilindən olan digər şeylər) təmiz olması lazımdır.

Təyəmmüm aşağıdakı kimi alınır:

Əvvəlcə, təyəmmüm almağa niyyət edilir. Sonra qollar dirsəklərə qədər çırmalanır və iki əl ilə torpağa (və ya torpaq cinsindən olan şeyə) sürtülür. Daha sonra əllər bir birinə vurulub toz-torpaq silkələndikdən sonra ən az 3 barmağın dəyməsi ilə əllərlə üz məsh olunur. Əllər yenidən torpağa sürtülərək əvvəlcə sol əlin içi ilə sağ qol, daha sonra isə sağ əlin içi ilə sol qol dirsəklərə qədər məsh edilir. Başqa bir görüşə görə, yalnız əllər və üz məsh edilməlidir.

Onu da qeyd edək ki təyəmmüm alacaq kimsənin: “Bəlkə, su gələr” – deyə  namazı  sonuna qədər gözləməsi müstəhəbdir (yaxşı olardı).

Dəstəmazı pozan hallar və istifadəsi yararlı suyun tapılması təyəmmümü pozur. Əgər namazda ikən sudan istifadə imkanı tapılarsa, o zaman namaz pozular. Su ilə dəstəmaz alıb yenidən namaz qılmaq lazımdır. Yox əgər namaz qıldıqdan sonra su tapılarsa, bu zaman namazı yenidən qılmağa ehtiyac yoxdur.

Oxunub: Bu gün - 1 dəfə, Cəmi - 4. 842 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Dekabr 2012

Read Next

Namaz qılarkən insanın fikrinin dağılması

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.