• 26 Noyabr 2020

Səxavət

Əlində olan malını,mülkünü itirmə qorxusuyla yaşayan insan oğlu davamlı olaraq bunların  bir az daha çoxalmasını istəməkdədir. Ancaq insan həmin əlindəki malda ehtiyac sahibi olan başqa insanlarında haqqı olduğunu dərk etməlidir. Və bu haqqı zəkat,sədəqə və bunun kimi digər  Allahın əmrini yerinə yetirmə və ya savab qazanma yoları ilə ehtiyac sahiblərinə yönləndirərək əbədi olan axirət həyatına sərmayə toplaya bilər. İnsan bu məsələni xəfifə almamalı, üzərinə düşən dini və insani əməlləri yerinə yetirməlidir.

Ana bətnində olduğu müddətdə dünyanın necə bir yer olduğunu dərk etməyən uşaq kimi, insanda bu dünyada yaşadığı müddət ərzində axirət həyatını dərk etmədə çətinlik çəkə bilir bəzən. Ancaq ana bətnindəki uşaqdan fərqli olaraq, insanlar üçün axirət həyatı haqqında  kifayət qədər məlumatlar vardır. Bu məlumat və dəlillərə məhəl qoymadan həyatını yaşamaq  insana fayda verməyən, onun əbədi həyatını cəhənnəmdə keçirməsinə vəsilə olacaq davranışdır.

İnsanlara kömək etmək, onlara dəstək olmaq İslamın başlıca prinsiplərindəndir. Qarşılığını Allahdan umaraq bir insana verdiyi malın axirət həyatında  artıqlamasıyla qaytarılacağına iman etmiş müsəlman bu məsələni tam olaraq dərk etmiş olduğu zaman daha çox sədəqə verər və axirət sərmayəsinin daha çox olmasını istəyər.

Həzrət Peyğambərimiz (s.ə.s)  özünü bir infaq məmuru sayır, hər şeyi verənin və sahibinin Allah olduğunu ifadə edirdi.

Peyğambərimiz (s.ə.s) vəfat edənin borclarını ödətdirər və ya özü ödəyərdi. Borcları ödənmədən cənazə namazını qılmazdı. Bir Hədisi- Şərifdə:

“Səxavətli insan Allaha, cənnətə və insanlara yaxın; cəhənnəm atəşindən uzaqdır. Xəsis isə Allaha, cənnətə və insanlara uzaq; cəhənnəm oduna yaxındır!…” buyurmuşdur. (Tirmizi,birr,40/1961).

Allah-Təala bizləri xəsis olmaqdan qorusun və bizlərə Peyğambərimiz (s.ə.s) kimi səxavətli olmağı nəsib etsin.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 14 dəfə.

Araz İbrahimli

Read Previous

Nümunə götürmə və təqlidə meyl

Read Next

Necə dua edək ki, Allah qəbul etsin?