• 19 Mart 2024

Şəki Cümə Məscidi və Şəki İslam Mədrəsəinin qısa tarixi.

         Şəki Mərkəzi Cümə Məscidinin inşa edilmə tarixi dəqiq  bilinməməsi ilə bərabər  1905-ci il də inşa edilidyi ehtimal olunur. İslam mədəniyyətinin bir təzahüru olaraq məscidin yanında Mədrəsə və Hamam da inşa edilmişdir. Ümumiyyətlə İslam mədəniyyətində Məscid, Mədrəsə və Hamamın yan-yana inşa edilməsi çox məşhurdur.

     Şəki Mərkəzi Cümə Məscidi yuxarıda da bəhs etdiyim kimi 1905-ci ildə inşa edildiyi ehtimal olunsa da əslində bu məscidin inşa tarixi daha qədimə dayandığı deyilir. Məscid Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra İdman zalı kimi istifadə edilib. Məscidin  minarəsi 1927-ci ildə Rus əsgərləri  tərəfindən dağıdılıb. Yerli camaatdan heç kim minarənin sökülməsində iştirak etməyib. Rus ordusu yerli camaatın vasitəsiylə minarənin sökülməsini istəsələr də buna nail ola bilməyiblər.  Nəticədə məcbur qalıb Rus əsgərləri özləri bu işi həyata keçirib.  Daha sonra 1988-ci ildə minarə başda Şəki Qəbələ Bölgə Qazısı Hacı Səlim Əfəndi olmaqla birlikdə  Mədəniyyət Nazirliyi ilə yerli camaatın maddi və fiziki köməyi ilə yenidən inşa edilib.  Minarənin inşası 1991-ci ildə yekunlaşıb.  Bu tarixi əsərin  yenidən tikintisində  54 min kərpic istifadə edilib.

   İdman Zalı kimi fəaliyyət göstərən Şəki Cümə Məscidi 1988-ci ildə yanıb. Məscidin yanma səbəbini qısaca olaraq bu şəkildə ifadə edə bilərik:

1988-ci ildə Ermənistan Azərbaycan münaqişəsi zəminində Ermənistanda yaşayan soydaşlarımız Ermənilər tərəfindən öz doğma yurd-yuvalarından qovuldular. Ermənistandan  qovulan soydaşlarımızın bir qismi Qədim Şəki diyarına da pənah gətirdi. Belə  olan təqdirdə təbii ki, haqlı olaraq  yerli camaat  Şəkidə yaşayan ermənilərin rahat yaşamasına imkan verməyəcəkdir. Məhz bu səbəblə Məscidə bitişik olan Jora adında  bir erməninin Fotoqrafxanası yandırıldı. Fotoqrafxananın Cümə Məscidinə bitişik olması bu tarixi qədim ibadət ocağının da yanmasına səbəb oldu.

Məscidin yenidən öz əslinə dönməsi və bərpası.

 1990-cı ildə Şəkiyə səfər edən Türkiyə vətəndaşı Növzat Yalçındaşın dəvəti ilə 1992-ci ildə Şəki Qəbələ Bölgə Qazısı Hacı Səlim Əfəndi qardaş Türkiyəyə  gedir. Oradakı milli və dini vəziyyəti öyrənib təhlil etməyə başlayır.  Elə bu əsnada xeyirsevər və eyni zamanda bir könül adamı olan Osman Nuri Topbaş Əfəndiylə tanış olur.  Maddi və mənəvi yöndən zəngin olan bu könül adamı Hacı Səlim Əfəndinin könlünü fəth edir və aralarında səmimi bir münasibət yaranır. Xüsusiylə aşağıda bəhs edəcəyimiz bu hadisə iki qardaş ölkə arasında maddi və mənəvi yöndən sıx münasibətin yaranmasına səbəb olur:

      Bir gün Osman Əfəndi ilə Hacı Səlim Əfəndi İstanbulda, Aziz Mahmud Hüdayi adına bir məsciddə  kiçik yaşlı bir uşağın Quran oxumasını dinləyirlər. Hacı Səlim Əfəndi Türkiyəni, 70 il ateist Sovet Hakimiyyətinin təsiri altında qalan Azərbaycanla müqayisə edərək bu kiçik yaşlı uşağın Quran oxumasına çox təəccüblənir və kövrəlir. Kaşki bizim də kiçik balalarımız bu şəkildə gözəl Quran oxuya biləydilər deyə öz arzusunu dilə gətirir. Osman Əfəndi; O kiçik uşaq nəyinki Quranı üzündən oxya bilir  O uşaq eyni zamanda Quranı başdan ayağı əzbər bilən bir Hafizdir dedikdə  onsuzda kövrəlmiş Hacı Səlim Əfəndi dayana bilməyib hönkür-hönkür ağlamağa başlayır və çox yerində Peyğəmbərimizin (səs) bu məşhur  hədisi-şərifini xatırladır. “Qonşusu acikən tox yatan bizdən deyildir”  Və davam edir:  Çox hörmətli Osman Abi, Sovet Hakimiyyəti, bizim bir müddət sonra çürüyüb torpağa qarışacaq olan bu bədənimizi doyurdu ancaq ölməz və əbədi olan ruhumuzu ac buraxdı. Biz acıq. Peyğəmbərimiz: “ Qonşusu ac ikən tox yatan bizdən deyil” buyurur. Biz nəyinki qonşu biz eyni zamanda qardaşıq. Qardaşınızı doyurun. Hacı Səlim Əfəndinin bu sözləri Osman Əfəndinində könlünü fəth edir. 1992 -ci ilin Yanvarın 26 da başda Osman Nuri Topbaş Əfəndi olmaqla birlikdə 6 nəfərlik  bir nümayəndə heyyəti Şəkiyə gəlir.

      19992-ci ildə  Hacı Səlim Əfəndinin təklifi ilə o vaxt ki, Şəki Rayonunun birinci Katibi (İcra Hakimi) Azər Mustafazadə, əslində Məscid olan Sovet Hakimiyyəti dövründə İdman Zalı kimi fəaliyyət göstərən bu qədim tarixi ibadət ocağının Şəki Mərkəzi Cümə Məscidi kimi fəaliyyət göstərməsinə icazə verir. Türkiyədən gələn bu xeyirxah insanların vasitəsiylə Məscid qısa vaxt ərzidnə təmir olunur və fəaliyyətə başlayır. Hal hazırda Məscid öz fəliyyətini davam etdirir.

Şəki İslam Mədrəsəsinin  qısa tarixi.

Məscidə bitişik olan Mədrəsənin tarixi də qədimdir. Mədrəsə Sovet Hakimiyyəti qurulmadan əvvəl çox aktif bir şəkildə fəaliyyət göstrərib.  

    Azərbaycanda Sovet Hakimiyyəti qurluduqdan sonra bütün dini tədris ocaqlarının fəaliyyəti dayandırılıdığı kimi bu təhsil ocağının da fəaliyyəti dayandırılıb. Daha sonra Mədrəsə İpəkçilik Texnikumuna çevrilib. Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Mədrəsə əvvəlki fəaliyyətini bərpa edib. Belə ki, 1988 ci ildə Teknikum kimi fəaliyyət göstərən bu mədrəsənin fəaliyyəti daayndırılır və Şəki Qəbələ Bölgə Qazısı Hacı Səlim Əfəndinin nəzarətinə verilir. Yuxarıda bəhs etdiyim qardaş Türkiyədən olan Xeyirsevər insan möhtərəm Osman Nuri Topbaş Əfəndinin maddi və  mənəvi dəstəyi ilə Şəki Mərkəzi Cümə Məscidi ilə birlikdə  bu Mədrəsə də təmir olunur.   1993 –cü ildə  o vaxtki, Şəki İcra Hakimi Çingiz Əfəndiyevin göstərişi ilə Şəki İslam Mədrəsəsi fəaliyyətə başlayır. 1996 cı ildə isə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçir. Hal-hazırda bu təhsil ocağı Şəki İslam Mədrəsəsi adı altında fəaliyyət göstərir. Mədrəsə də Azərbaycanın müxtəlif  bölgələrindən 100 ə yaxın şagird həm dini  həm də dünyəvi təhsil almaqdadırlar. 1993-cü ildən bəri bu Mədrəsə 150 dən çox Hafiz[1] yetişdirib. Daha sonra bu hafizlər özlərini seçimi ilə müxtəlif univerisitetlərdə təhsillərini davam etidirirlər.    

Hazırladı: Müşfiq Xəlilov


[1] Hafiz,  Quranı başdan ayağa əzbərləyən kimsəyə deyilir.

Read Previous

Mələklər şəkillər olan evə gələr?

Read Next

Peyğəmbərimizin kasıblara münasibəti

2 Comments

  • Çox sağ olun, dəyərli məqalə oldu. Minnətdaram

  • Çox sağol məlumatlar üçün.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.