• 21 Mart 2019

Şeyxülislamın Məhərrəm ayı ilə bağlı xalqa Müraciəti

Şeyxülislamın Məhərrəm ayı ilə bağlı xalqa MüraciətiHacı Allahşükür Paşazadə: “Məhərrəm ayında İmam Hüseyn (ə) şəhadəti məscidlərdən kənarda qeyd olunmasın”.

Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı əhaliyə müraciət edib. ANS PRESS-in verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı verilən fətva mərasimində deyib.

“Aşura günü küçələrdə qanunsuz olaraq hərəkət etmək, yürüşlər etmək olmaz. Biz şəhadəti məscidlərin daxilində, həyətində olan imkandan istifadə edərək keçirməliyik. Məhərrəm ayında İmam Hüseyn (ə) şəadətini məscidlərdən kənarda qeyd olunmasın. Bizə küçə yürüşlərinə qəti şəkildə icazə verilmir və bunu biz də istəmirik. Azərbaycanda yetərincə məscidlərimiz var. Əgər Sovet dövründə ölkədə 17 məscid var idisə, hazırda bu rəqəm 2 minə yaxındır. Bu məscidlər dolmalıdır, amma bəzən insanların küçələrədə yürüş etmək faktlarına rast gəlinir. Bu, düzgün deyil. Ona görə də insanlar çalışmalıdır ki, məscidlərdə olsunlar. Məscidlərdə təziyə demək, xütbələr oxumaq borcumuzdur”.

Mənbə: anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 72 dəfə.

dbabayev

Read Previous

Azərbaycanda tarixi məscid yandı

Read Next

Tarixi Sultan Əhməd Məscidində sürüşmə baş verib (VİDEO)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir