Tarixi abidə kimi qorunmalı olan məscidin hansı səbəbdən yandığı naməlum olaraq qalır.
Bu gecə saat 01:30 radələrində İsmayıllı rayonundakı Sulub kəndində tarixi məscid yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik-leytnant İlkin Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda istifadəsiz olan məscidin yanması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb.
Qeyd edək ki, 1820-ci ildə tikilən və tarixi abidə kimi qorunmalı olan məscidin hansı səbəbdən yandığı naməlum olaraq qalır.
“Məscidin ərazisi boş olub. Ot-alaf basmışdı. Məscidin yanma səbəbi bilinmir. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – deyə İlkin Cəfərov bildirib.
Mənbə: anspress.com