• 03 Dekabr 2024

“Halal” sosislərin içində donuz piyi tapıldı

"Halal" sosislərin içində donuz piyi tapıldı

 

Bakıda kolbasa sexində saxtakarlıq halları aşkar edilib.

Kolbasa sexində saxtakarlıq halları aşkar edilib. ANS PRESS-in İqtisadiyyat və Sənaye nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manitorinqlər aparılarkən qanun pozuntuları aşkarlanıb.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilib. Normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər.

Lakin yoxlama zamanı müəssisədə “Ocaq” və “İveriya” adlı “Halal” sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilib. Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus “Best Beef” əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub.

Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilıb.

Mənbə: anspress.com

Read Previous

Yəhudi Gənclərdən İsrailə Etiraz Aksiyası

Read Next

Azərbaycanda tarixi məscid yandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.