• 22 Noyabr 2019

Sual: Qüslda saçları açmaq və qulaq dəliyini yumaq vacibdirmi?

imagesCavab: Qadının saçları hörülmüşsə və açmaq çox çətin olacaqsa, suyun saçın diblərinə dəyməsi kifayətdir. Qadına məşəqqətli olduğu üçün hörüklərini açmasına ehtiyac yoxdur. Ancaq saç hörüklər ucbatından su saçın diblərinə çatmazsa, hörüklər mütləq açılmalıdır. Əgər qadının saçları hörülməmişsə, saçların hər tərəfinə suyun dəyməsi fərzdir. Kişilərə gəlincə, onların saçları hörülmüş olsa belə, mütləq açılıb yuyulmalıdır. Çünki uzun saç qadının zinəti və fitrətindəndir. Kişi üçün isə saç nə zinət, nə də fitrətindəndir. Şafei məzhəbinin rəyi də, məhz belədir.

Qadının başında yara kimi bir üzr olarsa və başını yumaq ona zərər verərsə, başını sadəcə olaraq məsh etməsi kifayətdir.

Tənə qulaqdan çıxarıldıqdan sonra, su qulaqdakı tənə dəliyinə dəyməlidir. Ancaq suyu dəliyin üstünə tökmək və əllə yüngül ovmaq kifayətdir. Belə olan halda, çöp və ya iynə soxmağa ehtiyac yoxdur. Çünki belə etmək məşəqqət hesab olunur. Suyun dəyib-dəyməməsində isə zənni-qalibə, yəni qəlbin gətirdiyi qənaətə etibar edilir. Qulaq dəliyi tutularsa, yuyulmasına ehtiyac yoxdur.

mənbə:

irfandergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 308 dəfə.

calal calalov

Read Previous

Sual: Qadınlardan gələn bəyaz axıntı dəstəmazı pozarmı?

Read Next

Sual: Namazda Qurani-kərimi kitabdan oxumaq olarmı, namazı batil edərmi? Məsələn, bir kimsə namazda uzun-uzadı Qurani-kərim tilavət etmək istəsə bunu edə bilərmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.