• 19 Aprel 2024

Televizor milli-mənəvi dəyərlərimizi zədələməkdədir

televizyonBəzi varlıqlar, əşya və ləvazimatlar, istifadə edilməsinə görə ya yaxşı, ya da pisdir. Bəziləri isə necə istifadə edilməsinə baxmayaraq daim insan üçün zərərlidir.
İnsanın özü və ya hər hansı bir bədən üzvü üçün də vəziyyət eynidir. Əlimizlə yaxşı işlər gördüyümüz kimi, onunla pis işlər də görə bilərik. Bir uşağı, bir yetimi şəfqətlə oxşayan əl nə qədər yaxşıdırsa, bir adama vurmaq üçün haqsız yerə qalxan əl də o qədər pisdir. Təlim-tərbiyə sahəsində çox təsirli, gözə, qulağa xitab edən, çox əhəmiyyətli, əhəmiyyətli olduğu qədər də həddindən çox istifadə edilən, dövrümüzün bir vasitəsi də televizordur.
Bu gün televiziya kanallarıyla insanlara təqdim edilən bəzi proqramları elm, iman, ədəb, əxlaq istiqamətlərindən ələ aldığımız zaman faydalı olduğunu söyləmək mümkün deyildir. Heç bir ağıl sahibi insan bunu doğru görməməkdədir. Bu mövzuda böyük mütəfəkkir və yazıçı Cemil Meriç deyir ki, “Televizor mədəniyyəti deyə bir şey tanımıram. Televizor, işsiz-gücsüz, şüuru inkişaf etməmiş, heç bir zaman oxumaq və düşünmək vərdişi qazanmamış küçə adamları üçün icad edilmiş bir növ tiryəkdir.”
Mədəniyyətin dünən də, bu gün də sabah da tək daşıyıcısının kitab olduğunu söyləyən Cemil Meriç, “Televiziya mədəniyyəti, mədəniyyətlə münasibətlərini kəsməyə qərar verənlərin uydurduğu bir yalandır. Qərbin bütün əxlaqsızlıqlarını evlərimizə daşıyan şeytani bir oyuncaqdır.”

İndiki vaxtda, xüsusilə də, bizim ölkəmizdə televizor qarşısında çox vaxt keçirilərək, çox böyük zaman israfına yer verilməkdədir. Televizor proqramları mütləq imanımıza, inancımıza, əzlaqımıza, adət və ənənəmizə uyğun olmalı və zamanımızı və həyatımızı israf etməyəcək şəkildə və keyfiyyətdə olmalıdır.

Bugünkü şəkliylə televiziorun zərəri faydasından çoxdur. Nəfsimizi və nəslimizi qorumaq və sabah hər şeyin hesabını verəcəyimizi unutmamaq məcburiyyətindəyik. Yenə bu mövzuda Cemil Meriç deyir ki, “keçmiş insanlar mədəniləşmək fransızlaşmaqdır deyərdilər. Televizorun səxavətlə payladığı mədəniyyət də bu növ bir mədəniyyətdir.”

Gözümüzü və könlümüzü çirkləndirən, vaxtımızı, ömrümüzü puç edən bu televizor xəstəliyi üçün bir İslam böyüyünün söylədiyi bu sözü heç unuda bilmirəm.

“Düşmanlarımızın min ildə imanımıza, inancımıza əxlaqımıza edə bilmədiyi zərəri televizor bir ildə etdi.” Bu sözün üzərində hamımızın dərindən düşünməsi lazım olduğuna inanıram.

Mənbə:islamveihsan.com

Read Previous

“Google” müsəlman ölkəsini xəritədən sildi

Read Next

Cənnətin bütün qapılarından çağırılan bəxtəvər insan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.