• 23 Dekabr 2024

Cənnətin bütün qapılarından çağırılan bəxtəvər insan

cennetBir gün Peyğəmbər əfəndimiz (səv) belə buyurdu:
“Allah yolunda sədəqə verən kimsə, Cənnətin müxtəlif qapılarından:
“-Ey Allahın sevimli qulu! Buraya gəl, burada xeyir və bərəkət vardır” deyə çağırılır.
Namazlarını heç buraxmadan qılanlar namaz qapısından, mücahidlər cihad qapısından, oruc tutanlar Reyyan qapısından, sədəqə verməyi sevənlər də sədəqə qapısından Cənnətə dəvət edilirlər.”
Hər zaman fərqli olan Əbu Bəkir (ra), burada da öz fərqini göstərərək:
“Anam atam sənə fəda olsun ey Allahın Rəsulu! Hərçənd ki, bu qapıların birindən çağırılan kimsənin digər qapılardan çağrılmaya ehtiyacı yoxdur, lakin bu qapıların hamısından birdən çağırılacaq kəslər də vardırmı?” deyə soruşdu.
Rəsulullah Əfəndimiz (səv):
“Bəli, var. Sənin də o bəxtiyarlardan olacağını ümid edirəm “buyurdu. (Buxari, Savm 4, Cihad 37, Bed’u’l-Xalq 9, Ashâbu’n-Nəbi 5; Müslim, Zəkat 85, 86)

Mənbə:islamveihsan.com

Read Previous

Televizor milli-mənəvi dəyərlərimizi zədələməkdədir

Read Next

İman və Əxlaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.