• 22 Oktyabr 2019

Torpağa basdırılmış 50 Quran tapıldı

quranTürkiyənin Bingöl vilayətində yolun kənarında torpağa basdırılmış 50-yə yaxın Qurani Kərim tapılıb.

ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, Yuxarı Akpnar kəndinin sakini getdiyi yolun kənarında bir neçə Quran kitabı aşkarlayıb.

Yaxınlıqda torpağa basdırılmış çox sayda Quran olduğunu görən həmin şəxs bu barədə kənd bələdiyyəsinə məlumat verib.
Kənddən gələn nümayəndə heyəti Qurani Kərimləri toplayaraq kənd məscidinə aparıblar.

Kəndin din xadimi isə bildirib ki, köhnəldiyi zaman müqəddəs kitabı istifadədən kənarlaşdırmağın yolu bu deyil:

“Qurani Kərim köhnəldiyi, yırtıldığı zaman bir din xadimindən soruşsunlar, o necə təklif edərsə o cür də istifadədən kənarlaşdırsınlar. Bu Quranları qurudub istifadəyə yararlı olanları saxlayacağıq. İstifadəsi mümkün olmayanları da məsləhət olduğu kimi istifadədən kənarlaşdıracağıq”.

basdirilanquran

mənbə:

anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 48 dəfə.

calal calalov

Read Previous

31 Mart soyqırımı

Read Next

Təvazökar möminlərin xüsusiyyətləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.