• 26 Dekabr 2024

Təvazökar möminlərin xüsusiyyətləri

 tevazuBəyazid-i Bistami həzrətləri buyurur:
“Hər kim özünə baxıb ibadətlərində ixlaslı ixlaslı olduğunu düşünərsə, nəfslərin ən çirkini olaraq öz nəfsini görməzsə, heç bir mənəvi mərtəbədə onun yeri yoxdur.”
Quran-ı Kərimdə, Cənabi-Haqqın rəhmətinə məzhər olan xas qullardan bəhs edilərkən:
“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.” (əl-Furqan, 63) buyurulur.
Təvazökar mömin, comərddir, mərhəmətlidir, təmiz vicdana malikdir, xidmət əhlidir. Fani varlığından sıyrılmış bir halda özünü xidmət karvanının ən gerisində qəbul edən bir könül nəfəridir.
Həzrət Mövlana;
“Təvazö və mahviyette torpaq kimi ol.” Buyurur. Çünki torpaq, ayaqlar altında əzilməsinə baxmayaraq, üzərində gəzən canlıların bütün çirkinliklərini alıb təmizləyər və yetişdirdiyi cürbəcür nəbatat ilə hər zaman ikram və lütf halında olur.
Mömin, ən başda Rəbbinə qarşı təvazökarlığı heç bir zaman əldən buraxmamalıdır. Rəbbinin sonsuz qüdrət və əzəməti qarşısında, özünün acizlik, heçlik və yoxluğunu unutmamalıdır. Ona qulluq edə bilməyimizin belə Onun böyük bir ikramı olduğu hissiyyatı içində olmalıdır. Nə qədər qulluq olursa olsun əsla qürura qapılmamalıdır. Əksinə, bildiyi və bilmədiyi səhv və qüsurlarının istiğfarıyla məşğul olmalıdır.
Çünki Cənabi-Haqq:
“(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (ən-Nəsr, 1-3) buyurmaqdadır. Bİzlər üçün ən böyük nümunə və rəhbər olan Rəsulullah səllallahu əleyhi və səlləm- əfəndimiz, vefatlarına səksən gün qalmış nazil olan bu surəni, tez-tez oxuyur və əməl edərdilər.
Demək ki bütün nemətlər Cənabi-Haqqın bir ehsanıdır. Qul, hər hansı bir nemətə və ya müvəffəqiyyətlərə çatdığı zaman, bundan nəfsinə bir pay çıxarmamalı; “Mən etdim, mən bacardım.” deməməlidir. Əksinə; “Sən lütf etdin ya Rəbbi! .. “Deməlidir. Bildiyi və bilmədiyi, fərqində olduğu və olmadığı saysız nemətləri üçün Rəbbinə layiqiylə şükr edə bilmədiyinə görə də, tövbə və istiğfarı heç bir zaman unutmamalıdır.
mənbə:

Read Previous

Torpağa basdırılmış 50 Quran tapıldı

Read Next

Aprel 2015

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.