Türkiyənin Bingöl vilayətində yolun kənarında torpağa basdırılmış 50-yə yaxın Qurani Kərim tapılıb.
ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, Yuxarı Akpnar kəndinin sakini getdiyi yolun kənarında bir neçə Quran kitabı aşkarlayıb.
Yaxınlıqda torpağa basdırılmış çox sayda Quran olduğunu görən həmin şəxs bu barədə kənd bələdiyyəsinə məlumat verib.
Kənddən gələn nümayəndə heyəti Qurani Kərimləri toplayaraq kənd məscidinə aparıblar.
Kəndin din xadimi isə bildirib ki, köhnəldiyi zaman müqəddəs kitabı istifadədən kənarlaşdırmağın yolu bu deyil:
“Qurani Kərim köhnəldiyi, yırtıldığı zaman bir din xadimindən soruşsunlar, o necə təklif edərsə o cür də istifadədən kənarlaşdırsınlar. Bu Quranları qurudub istifadəyə yararlı olanları saxlayacağıq. İstifadəsi mümkün olmayanları da məsləhət olduğu kimi istifadədən kənarlaşdıracağıq”.
mənbə: