• 15 Noyabr 2019

Tövbəmizi son nəfəsə saxlamayaq

son nefesQurani Kərimdə bildirildiyi kimi, həyatı Allaha üsyan içərisində keçən Firon, ancaq Qırmızı dənizdə ilahi qəzəbə düçar olarkən özünü və ziyana etdiyi ömrünü həqiqi mənada tanıdı. Dünyadakı nəfsani səltənətinin iç üzünün həqiqətdə nə böyük bir səfalət və ziyandan ibarət olduğunu son nəfəsində idrak edərək, içində dəhşətli bir peşmanlıq hiss etdi. Ayəti-kərimədə bu hal belə bildirilməkdədir:
“…Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.” (Yunus, 90)
Lakin iş işdən keçmişdi. Qırmızı dənizin içərisində boğulmaq üzrə ikən özünü iman halqasına yapışmağa məcbur hiss edən Firona Allah təala belə buyurdu:
“İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!”
Bəli bir bəla gəldikdə doğru yola yönəlib, bəla uzaqlaşdıqdan sonra isə təkrar köhnə azğınlığına dönənlərin son nəfəsdəki oyanış, peşmanlıq və imana yönəlmələri bir ziyandan ibarətdir. Bu baxımdan tövbə və peşmanlığı son nəfəsə buraxmaq, böyük bir aldanış səbəbidir. Belə olduğu halda həyatın sürprizləri, eniş-yoxuşları, içində çalxalanarkən ölümün dərin və səssiz qışqırığına qulaq verməmək və birgün özümüzün də o qapıdan geçəcəymizi hesaba qatmadan yaşamaq, çox böyük bir qəflətdir.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 77 dəfə.

calal calalov

Read Previous

Avqust 2016

Read Next

İslamı təbliğ edənlərin yüksək mərtəbəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.