• 30 May 2020

Uşaqlara Gözəl ad vermək

İslam təfəkkürünə görə dünyaya gələn hər bir uşağa gözəl adlar verilməlidir. Məqaləmizdə bu haqda söhbət açacağıq.

Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Allahın ən çox sevdiyi adlar Abdullah və Abdurrahmandır.[1]

Hz. Aişənin bildirdiyinə görə Hz. Peyğəmbər (s.ə.s) çirkin adları ( gözəl adlar ilə) əvəzləyərdi[2].

Hz. Ömərin qızının adı Asiyə idi. (Ayn və sad hərfi ilə yazılar üsyankar mənasına gələn Asiyə adından söhbət gedir) Hz. Peyğəmbər ( s.ə.s) ona Cəmilə adını verdi[3].

İnsanla onun ömrü boyu daşıdığı ad arasında hansısa bağlılığın olmasında müəyyən məntiq vardır. Bu faktı psixoloqlar da təsdiqləyirlər. Onlar qeyd edirlər ki, ad hər şeydən əvvəl insan səsi olduğu üçün onun xüsusi səs titrəşimi olur. Bu səs titrəşimi beynin müxtəlif hissələrində müvafiq qıcıqlanmalar əmələ gətirir. Hər gün öz adını eşidən insan uşaqlıqdan öz daxili ruhi titrəşimlərini adının emosional səs  titrəşimləri üstündə tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Çox vaxt ilk tanışlıq zamanı ətrafdakıların insana ilkin münasibəti məhz onun adının necə səslənməsindən asılı olur. Bəzi adlar ətrafdakılarda yaxşı hisslər yaradır: məsələn, Saleh, Həsən, İrfan, Ülvi və s. kimi.

Digərləri isə əksinə, xoş olmayan emosiylar yaradır: Kolxoz, Partiya və s. kimi. Təbii ki, adı yaxşı səslənməyən insan ilk baxışdan özü haqda mənfi fikir yarada bilər. Ona görə də valideynlər uşaqlara ad seçərkən bu və digər faktları nəzərə almalıdırlar.

Bu həssasiyyətə sahib olan Hz. Peyğəmbər (s.ə.s) bununla valideynlərə təlim etmişdi ki, uşağa verilən adın onun şəxsiyyətinin formalaşmasında, cəmiyyətlə olan əlaqələrində mühüm yeri var. Qəribə və insanda xoş təəssürat yaratmayan adlar müəllim sinif jurnalından adları oxuyarkən belə uşaqda məktəb yoldaşları arasında utanmağa və kompleksə girməyə səbəb ola bilər.

Dini adlara gəldikdə Peyğəmbərlərin adlarının uşaqlara verilməsi gözəldir, bəyənilən əməllərdəndir. Allahın rəhmətini cəlb etməyə bir vasitədir. Allah- Təalanın isimləri bəziləri istiana olmaqla insana verilə bilməz. Rauf, Malik, Əziz kimi adlar verilə bilər. Uşağa Allahın “Rəzzaq”, “Xaliq”, “Rəhman” kimi uluhiyyət/rəblik mənası daşıyan isimlərini vermək caiz deyil. Bunlar ad kimi verildikdə “abd” kəlməsinə izafə olunmalıdırlar. Məsələn: Abdurrəzzaq (Ruzi verən Allahın qulu), Ümumiyyətlə uşağa belə bir isim vermək qərarına gələn valideynlər mövzuya vaqif olan bir ilahiyyatçı ilə məsləhətləşməlidirlər.


[1] Müslim, 2132

[2] Tirmizi, 2839

[3] Müslim, Ədəb, 3/15 (2139)

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 17 dəfə.

Fərahim Əzizov

Read Previous

ALLAH ÜÇÜN MÜSƏLMANLARIN BİR BİRİLƏRİNİ SEVMƏSİ

Read Next

Xoşbəxt bir yuvanın sirləri: Eyiblərinizi ifşa etməyin!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.