• 21 Mart 2019

Valideynlər bu xəbəri mütləq oxusun! Azərbaycanda uşaqların internet klublarından istifadəsi məhdudlaşdırılır

internet-klub-600Azərbaycanda uşaqların internet klublarında internetdən istifadəsi ilə bağlı bəzi məhdudiyyətlərin qoyulacağı, klubların fəaliyyətinə nəzarətin gücləndiriləcəyi gözlənilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təhsildən yayınma və uşaqlar arasında zorakılıq hallarının baş verməsinə əsaslı təsir göstərən amillərdən biri məhz uşaqların internetdən kortəbii istifadəsi hallarıdır. Bunu nəzərə alan Dövlət Komitəsi beynəlxalq, xüsusilə Türkiyə təcrübəsini ətraflı öyrənərək uşaqların internetdən təhlükəsiz istifadəsi məqsədilə təkliflər hazırlayıb. Təkliflər internet klublarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların hazırlanmasını nəzərdə tutur.

Təkliflərdə qeyd edilib ki, yaşı 12-dən aşağı olan uşaqları internet klublarına valideyn gətirməlidir. Yaşı 14-dən yuxarı olan uşaqlar isə saat 20:00-dan sonra internet klublarına yalnız valideynlə birgə gələ bilərlər.

Təkliflərdə bildirilib ki, internet klublarında uşaqların qumar, fiziki zorakılıq və digər zərərli vərdişləri təbliğ edən oyunlardan istifadəsi, uşaqların dərs zamanı internet klublarına gəlməsi qadağan edilsin. İnternet klubunun müvafiq rəhbər işçisi tərəfindən xüsusi elektron cədvəl hazırlansın və cədvəldə internetdən istifadə edən uşaqların qeydiyyatı aparılsın. Bu cədvəl yoxlama zamanı müvafiq şəxslərə təqdim edilməsi üçün istifadə edilə bilər.

Təkliflərdə qeyd edilib ki, internet klublarında siqaretin çəkilməsi üçün ayrıca yer müəyyənləşdirilsin. Orada uşaqlar üçün xüsusi kompüterlər ayrılsın və onlarda filtrasiyalı proqramlar quraşdırılsın, internet klublarında kameralar yerləşdirilsin.

Komitədən bildirilib ki, hazırda çox az sayda provayder filtrasiyalı internetdən istifadə edir. İnternet klubları hüquqi şəxs kimi fəaliyyət göstərdiyi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) onlara nəzarət edə bilmir. Buna görə də nazirlik filtrasiyalı proqram hazırlaya və onu provayderlərə təklif edə bilər.

Komitə tərəfindən hazırlanan bu təkliflər artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib. RİTN qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yeni layihələr hazırlayan zaman bu təkliflərdən istifadə edə bilər.

Dövlət Komitəsindən o da əlavə edilib ki, internet klublarına nəzarət edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməsi məqsədilə təklif hazırlanıb: “Uşaqların tərbiyəsinə internet klubları təsir edir. Düşünürük ki, İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik etməklə internet klublarının fəaliyyətinə hüquq-mühafizə orqanlarının nəzarət etməsini təmin etmək olar”.

mənbə:

xəzərxəbər

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 52 dəfə.

calal calalov

Read Previous

Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər.

Read Next

Müqəddəs Kəbə evinin açarı dəyişdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir