• 18 Sentyabr 2019

Xeyrirli övlad yetişdirmək

hayirlievlatGənc bir oğlan həbsxanaya girmək üzrəymiş. Hakim onu və məşhur yazıçı olan atasını da çoxdan tanıyırmış. Hakim ‘’Atanı xatırlayırsanmı?” deyə soruşmuş. Bu suala ‘’Onu olduqca yaxşı xatırlayıram” deyə cavab vermiş. Günahkarın vicdanını yoxlamağa çalışan hakim belə demiş”.Məhkum edilmək üzrəykən və bu anda mükəmməl bir insan olan atanı düşünərkən onun haqqında dəqiq olaraq nə xatırladığını söyləyərsənmi?” Bir səssizlik çökmüş, daha sonra hakim gözlənilməz bir cavab almış.

Öyüd almaq üçün yanına getdiyim zaman yazdığı kitabdan başını qaldırıb mənə baxdığını və ‘’çıx get başımdan çox məşqulam!” dediyini xatırlayıram”. Ona yoldaşlıq etmək üçün yaxınlaşdığımda mənə baxaraq ‘’çıx getbaşımdan oğul; bu kitabı bitirməliyəm” deyərdi. Hörmətli hakim siz onu böyük bir yazar olaraq xatırlayırsınız, lakin mən onu itirilmiş bir yoldaş olaraq xatırlayıram. Hakim öz-özünə demiş ‘’Təəssüf, kitabı bitirdi amma oğlunu itirdi”.

Zaman çox sürətlə keçir. Həyatda nələrə dəyər veririk? Və ya nə ilə vaxtımızı keçiririk? Hər şeyin hesabı soruşulacaq axirət aləmində.Əmanət olaraq verilən övladlarımızla nə qədər zaman keçiririk. Beşinci sinif şagirdlərindən 2400-ü arasında aparılan bir araşdırmanın nəticəsində uşaqların tərbiyəsini məhv edən səbəbləri öyrənərkən ata-anaları ilə çox az vaxt keçirdikləri ortaya çıxmışdır. Peyğəmbərimiz ata-ananın uşağına verə biləcəyi ən gözəl hədiyyənin doğru əxlaq və tərbiyənin olduğunu söyləmişdir. Uşaqların yetişməsində onlara göstəriləcək qayğı bəzən cihaddan da üstündür. Necə ki, Təbəraninin bir rəvayətində İbni Mübarək, qardaşlarıyla birlikdə olduğu bir savaş yerində onlardan soruşur:

‘’-İçində olduğumuz cihaddan daha üstün bir əməl bilirsinizmi?”

‘’-Xeyr bilmirik” cavabını alanda deyir: ‘’-Mən bilirəm, iffətli bir adam düşünün: Ailəsi, uşaqları var. Gecə qalxır, yatmaqda olan uşaqlara nəzarət edir, üstü açılanları örtür. Bax, bunun əməli bizimkindən üstündür”, deyir.

Abdullah İbni Ömər də, ‘’Oğlunu tərbiyə et, çünki bundan məsulsan. Tərbiyəsi ilə bağlı nə etdin, nələr öyrətdin deyə hesaba çəkiləcəksən” deyir.

Ata-anaların laqeydliyi, bir az daha çox pul qazanaq deyə övladlarına zaman ayıra bilməmələri, uşaqları fərqli yollara, küçələrə sürükləyir. Ailə mühitindəki problemlərdən bəziləri küçəyə qaçır, bəziləri də çarəsizcə qapıdan atıldığından içində olduğumuz cəmiyyətdə, insani əlaqələr baxımından dərin bir böhran içindədir. İnsanlar bir-birinə güvənməz, bir-birini sevməz, anlamaz olublar. Kimsə kimsənin vecinə deyil! Atalar, analar övladlarını, övladlar valideynlərini unutmuş vəziyyətdədir. Hər kəs öz qabığında, öz baramasında, ətrafına hördüyü böyük bir torda gizlənmiş və həyatını orada

Cəmiyyətin qarşı-qarşıya qaldığı bu çıxılmaz yollardan geriyə doğru dönməyə başladığımızda ən sağlam və nəticəyə çatdıran yolun dindar bir ailə olduğu görünür… Çünki cəmiyyət ailədə toxunur, yetişdirilir, formalaşır. Bu ailənin divarları və damı nə qədər möhkəm olsa içəriyə ediləcək müdaxilələr bir o qədər zəif olar. Buna görə də ən həyati məsələmiz dinc bir ailə yuvası qurmaqdır.

Peyğəmbərimiz, bir hədis şərifində insanların məsuliyyətlərini belə bəyan etmişdir:

“Hamınız çobansınız və hamınız güddüklərinizdən məsulsunuz…

Kişi, ailəsinin çobanıdır və sürüsündən məsuldur. Qadın, ərinin evinin çobanıdır və sürüsündən məsuldur”. (Buxari, Vəsaya, 9; Müslim, Abadlığa, 20)

Ayəyi kərimədə buyurulur:

“Ey iman edənlər! Özünüzü və ailənizi, yanacağı insanlar və daşlar olan atəşdən qoruyun…” (et/ət-Təhrim, 6)

Xeyirli bir övlad, möhkəm bir tərbiyə, milli və mənəvi dəyərlərimizlə bütünləşmiş bir ailə quruluşunda yetişər. Qısacası uşağımızın qüsursuz olmasını istəyiriksə, qüsursuz ata-ana olmağa cəhd göstərməliyik.

Uşaq tərbiyəsi, əvvəla ata-ananın ürəyindəki uşaq sevgisindən başlamalıdır. Onları Allahın bir əmanəti olaraq sevməli; bu sevgini də, dünya və axirət səadətini qazanmağa vəsilə etməlidir. Əgər arxamızda gözəl bir nəsil yetişdirməsək, məzarımız tənha qalar. Sabahkı gerçək evimizin isə məzar olduğunu unutmamalıyıq.

Mənbə:bizimaile.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 47 dəfə.

calal calalov

Read Previous

Yaxşı ata-ana olmaq üçün nə etmək lazımdır

Read Next

Cənnət gülləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.