• 20 May 2019

Xüsusi hallarında qadınlar və oruc

images1.Qadınlar Aybaşı və Nifas Hallarında Oruc Tuta bilərlər?

Qadınlar aybaşı və nifas hallarında, oruc tutmazlar (Buxari, Hayz, 1; Müslim, Hayz, 14, 15). Daha sonra tuta bilmədikləri oruclarını qəza edərlər. Bu mövzuda müşdəhidlər görüş birliyi içindədirlər.

2. Oruclu İkən Aybaşı Görən Qadın Nə Edər?

Oruclu ikən aybaşı görən qadının orucu pozulmuş olduğundan yeyib içər. Bu qədər var ki, belə bir qadın, yeyib içə biləcəyi kimi ədəbən oruclu kimi davranmağa davam edər.

3. İmsak Vaxtından Sonra Təmizlənən” Yəni Adəti Sona Çatan Bir qadın oruc tuta bilər?

İmsak vaxtından sonra təmizlənən” yəni adəti sona çatan bir qadın, o gün heç bir şey yeyib içməmiş olsa belə, oruc tutmuş sayılmaz.

4. Qadınların Ramazanda Adət Gecikdirici Dərman İstifadə etmələri Caizdir? Ayrıca İstifadə etdiyi Dərman Səbəbiylə Adəti Gecikən Bir Qadının Tutduğu Oruclar Etibarlıdır?

Ay halı oruc tutmağa manedir. Bu halda ikən tutulan oruc etibarlı olmaz. Dərman səbəbi ilə də olsa, axıntı olmadıqca ay halı baş vermədiyindən tutulan oruc səhihdir. Ancaq aybaşı qanı ilə bədəndə yığılan zərərli maddələr çölə atıldığından, bədənin səhhəti baxımından ay halını önləmək üçün dərman istifadə edilməsi tövsiyə edilməz.

mənbə:

suallarlaislam.com

Oxunub: Bu gün - 19 dəfə, Cəmi - 1. 100 dəfə.

calal calalov

Read Previous

Həmas dünya ölkələrinə çağırış etdi

Read Next

Zəm-zəm suyunun möcüzələri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir