• 29 Mart 2024

Yəhudilər “Yusifin qəbri” ərazisinə basqın ediblər

yah Basqın zamanı fələstinlilər və israillilər arasında toqquşma baş verib.

Bir qədər əvvəl Fələstinin işğal olunmuş Nablus şəhərindəki “Yusifin qəbri” adlandırılan əraziyə basqın edən yəhudilər dini ayin icra ediblər.

Xəbərlərdə fələstinlilərin yəhudilərin basqınına müqavimət göstərdiyi və nəticədə tərəflər arasında toqquşma meydana gəldiyi bildirilib. Xarici KİV yəhudilərin işğalçı rejim qüvvələrinin köməyi ilə Nablus şəhərinin Əmman prospektində sözügedən əraziyə basqın etdiklərini yazıb.

“Fələstin İnformasiya Mərkəzi”nin yerli mənbələrə istinadən bildirdiyinə görə, avtobuslarla əraziyə gələn yəhudiləri bir çox israilli hərbçi mühafizə edib.

Xəbərlərdə toqquşma əsnasında fələstinlilərdən heç kimin xəsarət almadığı və saxlanılmadığı öz əksini tapıb.

/azerimuslims/

Read Previous

“Ayasofiya”nın ibadətə açılması Türkiyə parlamentinin gündəmindədir

Read Next

Əsl müsəlman kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.