• 19 Oktyabr 2019

Zəkat verməyi rədd edən səhabə

atesMədinə müsəlmanlarından olan Saləbənin, mala-mülkə qarşı həddindən artıq dərəcədə ehtirası var idi. Zəngin olmaq istəyirdi. Bunun üçün Rəsulullah -səllallahu əleyhi və səlləm-dən dua istədi.

Onun bu tələbinə Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə cavab verdi:

“-Şükrünü əda edə biləcəyin az mal, şükrünü əda edə bilməyəcəyin çox maldan xeyirlidir.”

Bu ifadə üzərinə istəyindən əl çəkən Saləbə, bir müddət sonra ehtirasının yenidən qabarması ilə təkrar Rəsulullah -səllallahu əleyhi və səlləm-in yanına gəlib:

“Ya Rəsulallah! Dua et də zəngin olum! “Dedi.

Bu səfər də Həzrəti-i Peyğəmbər -səllallahu əleyhi və səlləm- belə buyurdu:

“-Mən Sənin üçün yetərli bir nümunə deyiləmmi? Allaha and içirəm ki, istəsəydim bu dağlar qızıl və gümüş olaraq arxamdan axıb gələcəkdilər; lakin mən bundan uzaq qaldım. ”

Saləbə, yenə istəyindən imtina etdi. Lakin içindəki ehtiras fırtınası dinmirdi. Öz-özünə: “Zəngin olsam, kasıblara kömək edər, daha çox əcrə nail olaram!” Şəklində bir düşüncəyə qapılaraq və nəfsinin şiddətli tələbinə məğlub olaraq üçüncü dəfə Həzrəti-i Peyğəmbər -səllallahu əleyhi və səlləm-in yanına getdi və:

“-Seni Haqq peyğəmbər olaraq göndərənə and olsun ki, əgər zəngin olsam, kasıbları qoruyacaq, hər haqq sahibinə haqqını verəcəyəm!” Dedi.

Bu bitmək bilməyən israrlı tələb qarşısında Allah Rəsulu -səllallahu əleyhi və səlləm-:

“Ya Rəbbi! Saləbəyə istədiyi dünyalığı ver! “deyə dua etdi.

Çox keçmədən bu dua vəsiləsiylə Allah Təala, Saləbəyə böyük bir zənginlik ehsan etdi. Sürüləri dağları düzənlikləri doldurdu. Lakin o zamana qədər “məscid quşu” ifadəsi ilə xatırlanan Saləbə, mal və mülkü ilə məşğuliyyətə dalması səbəbiylə yavaş-yavaş camaat namazını tərk etməyə başladı. Gün gəldi yalnız Cümə namazlarına gələ bildi. Ancaq bir müddət sonra Cümə namazlarını da unutdu.

Birgün onun vəziyyətini soruşub öyrənən Allah Rəsulu -səllallahu əleyhi və səlləm-:

“-Saləbə heyif oldu!” Buyurdu.

Saləbənin qəflət və cahilliyi, bu etdikləriylə da qalmadı. Yanına zəkat toplamaq üçün gələn məmurlara:

“Bu Sizin etdiyiniz açıq aşkar xərac toplamaqdır!” deyib, daha əvvəl edəcəyini vəd etdiyi yardımlar bir kənara, kasıbların ayələrlə sabit olan haqqını dahi verməkdən uzaqlaşacaq qədər irəli getdi. Nəticədə münafiqlərdən oldu.

Münafiqlərin bu rəftarları, ayəti kərimədə belə ifadə edilir:

“(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”.”

“(Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!” (Tövbə, 75-76)

Öz axmaqlığı üzündən Həzrəti-i Peyğəmbər -səllallahu əleyhi və səlləm-in xəbərdarlığını dinləməyərək, səfil və pərişan bir aqibətə düçar olan Saləbə, dünyanın aldadıcı sərvətinə aldanaraq əbədiyyət fuqarası olmuşdu. Böyük bir peşmanlıq içində ölərkən qulaqlarında sanki Həzrəti-i Peyğəmbər -səllallahu əleyhi və səlləm-in bu sözləri çınlayırdı:

“-Şükrünü əda edə biləcəyin az mal, şükrünü əda edə bilməyəcəyin çox maldan daha xeyirlidir.”

Ancaq bu xəbərdarlığı qulaq ardı edən Saləbə, fani dünya sərvətinin ona vermiş olduğu pərişanlıqla sonsuz bir əzab və əziyyətə düçar olaraq can verdi. Düşdüyü fəlakəti səadət zənn edərək, qısacıq bir dünya həyatına qarşılıq, əbədi bir axirət səadətini axmaqca məhv etdi.

Göründüyü kimi insan, yaradılışı etibarilə dünyaya meyillidir. Dünya malı nəfsə cazibədar gəlir. Ona aldananlar doymaq bilməzlər. Allah Rəsulu -səllallahu əleyhi və səlləm- bu həqiqəti belə ifadə buyurur:

“Adəm oğlunun iki vadi dolusu malı olsa üçüncüsünü istər. Onun qarnını ancaq torpaq doydurar”(Buxari, Riqaq, 10)

Dünya malı artdıqca insanın ehtirası da artar, acgöz olar. Gözünü mal-mülk  sevgisi bürümüş olan insanda, mərhəmət və şəfqət hissi azalar. Infaq etmək ona çətin gələr. Nəfsi ona: “Bİraz da zəngin ol, sonra daha çox infaq edərsən!” deyə təlqin edər. Belə insan, ruhən xəstə insandır. Bu dünya həyatında: “Sabah edərəm deyənlər həlak oldular!”

Saləbənin yuxarıda nəql edilən hekayəsi, dünya malına aldanışın xüsranını ifadə etməklə bərabər, dua ədəbinə riayət etməmənin faciəvi aqibətini dərk etmək üçün də mükəmməl bir misaldır. Bizə düşən; Cənabi-ı Haqqdan bir şey istəyərkən, onun haqqımızda xeyr və ya şər olduğu xüsusunda ağılımıza lazımından çox çox güvənərək israrçı olmaq yerinə, tələbimizi əgər xeyirli isə Allahın hüzurunda qəbulunu istəməkdir. Əks halda lütflər içərisində gizlənmiş olan dərtləri görmədiyimizə görə başımıza çarəsiz dərdlər aça bilərik. Duanın sədəqə kimi, bəlaları dəfəttiyi, dini bir gerçəkdir. Ancaq bunun necə baş verdiyi xüsusunu aciz ağlımızla anlamaq mümkün deyil. Dua, Rəbbimizin bizə bir  neməti və hətta əmridir. Lakin onun məzmununu fərdi ağıl və hisslərimizlə doldursaq da, bu məzmunun mütləq xeyir olduğu xüsusunda inad etməməli və Allahdan:

“Ya Rəbb! Xeyirli isə nəsib eylə! “Deyə dua etməliyik.

Deməli, malı faydalı bir hala gətirmək üçün onu, ilahi əmrlərə uyğun bir istiqamətdə istifadə məcburiyyəti vardır. Bu, fərd və cəmiyyətin dünya və axirət salamatlığı üçün zəruridir.

Mənbə:

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 117 dəfə.

calal calalov

Read Previous

Oruc haqqında ayət və hədislər

Read Next

Oruc tutanlar öldürülür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.