• 22 Dekabr 2024

Ən acı xəstəlik

enacixestelikRəvayətə görə Həzrət İsa (əs) bədənində qotur olan və xəstəlikdən iki gicgahı da içəri batmış bir şəxslə rastlaşdı. O şəxs məruz qaldığı xəstəliklərdən sanki xəbərsiz bir halda öz-özünə:

“-Ya Rəbb! Sənə sonsuz həmd-sənalar olsun ki, insanların bir çoxunu mübtəla etdiyin dərddən məni xilas etmisən!…” deyirdi.

İsa (əs), həmsöhbətinin idrak səviyyəsini anlamaq və mənəvi kamalını yoxlamaq məqsədilə ona:

“-Ey qardaş! Allahın səni xilas etdiyi hansı dərd var ki?!” dedi.

Xəstə belə cavab verdi:

“-Ey Ruhullah! Ən dəhşətli xəstəlik Haqdan qafil və məhrum olmaqdır. Şükürlər olsun ki, mən Allah-Təala ilə bərabər olmağın zövq, ləzzət və feyzi içindəyəm. Sanki vücudumdakı xəstəliklərdən xəbərim belə yoxdur…”

Allah-Təala bizi ən dəhşətli xəstəlik olan Haqdan qafil olmaqdan qorumaqda və ayeyi-kərimələrdə qullarına yaxınlığını, hər an onlarla olduğunu bəyan edir.

“…Siz harada olsanız, O sizinlədir.” (əl-Hədid, 4)

“…Biz ona şah damarından da yaxınıq!” (Qaf, 16)

“…Bilin ki, Allah insanla onun qəlbi arasında girər…” (əl-Ənfal, 24)

“Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır…” (əl-Bəqərə, 115)

Bu xüsusla əlaqəli olaraq hədisi-şərifdə də:

“İmanın ən üstün mərtəbəsi, harada olursan ol, Allahın səninlə bərabər olduğunu bilməndir.” buyurulmuşdur. (Heysəmi, I, 60)

 

Mənbə: OSMAN NURİ TOPBAŞ -Haqq Dostlarının Örnək Əxlaqından 2 – İpəkyolu Nəşriyyatı 2011

Read Previous

Aşura günü hansı hadisələr baş vermişdir?

Read Next

Aşura orucu haramdır?

One Comment

  • MasaAllah

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.