• 22 Dekabr 2024

Aşura günü hansı hadisələr baş vermişdir?

NUH110 Məhərrəm (Aşura) günü, içərisində böyük təcəllilərin yaşandığı bir gündür:

Həzrəti Adəm əleyhissalamın tövbəsi bu gündə qəbul edilmişdir. Demək ki bu gün tövbəistiğfar günüdür.

Həzrəti Nuh əleyhissalamın tufandan xilas olub, gəmisinin salamata çatdığı gündür. Demək ki bu gün Nuh əleyhissalamın 950 il çəkən çətinliklərlə dolu təbliğ həyatındakı səbir sebatını təfəkkür günüdür.

Həzrəti İbrahim əleyhissalamın Nəmrudun atəşinə atılıb Cənabi-Haqqın lütfü ilə qurtarıldığı gündür. Demək ki bu gün Haqqa dostluq yolunda qarşılaşdığımız ilahi imtihanlardaki halımızı hesaba çəkmə günüdür.

Həzrəti Musa əleyhissalamın Fironun zülmündən xilas olduğu gündür. Demək ki, bu gün, böyük səadətin, böyük əziyyətlərin ardında olduğunu dərk etmə günüdür.

Həzrəti Əyyub əleyhissalamın xəstəliklərdən xilas olduğu gündür. Demək ki, bu gün, ilahi imtahanlar qarşısındakı səbir, riza şükür halımızı nəzərdən keçirmə günüdür.

Həzrəti Hüseyn (ra) əfəndimizin şəhadəti günüdür

Bu gün, İslam tarixinin gördüyü ən acı fəlakətlərdən biri olan, Peyğəmbər Əfəndimizin əziz nəvəsi Həzrəti Hüseyn (ra) -ın vəhşicəsinə qətlə yetirildiyi gündür. Digər bir ifadəylə İslamın bağrına xəncər vurulduğu bir gündür. O mənfur cinayətə, hansı məzhəbdən olursa olsun hər müsəlmanın ürəyi fəryad halındadır. Bu barədə ümməti Məhəmmədin birlik bərabərliyini zədələyəcək tərzdə quru çəkişmələrə girmək, ən başda o əziz şəhidlərin mübarək ruhlarını incidəcək hərəkətlərdir. Bu səbəbdən bu gün; Möminlər ancaq qardaşdırlar! ..(ƏlHucurat, 10) hökmü ətrafında, bir birlikdə olma günüdür.

mənbə:

islamveihsan.com

Read Previous

Müsəlmanın Kredit Kartı

Read Next

Ən acı xəstəlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.