• 23 Dekabr 2024

ƏSL XOŞBƏXTLİK NƏDİR?

mutsuzluga-sebep-olan-mutluluk_6792[1] Əziz möminlər, xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək həmişə maraqlıdır. Bu haqda müxtəlif fikirlər və rəylər olsa da onların hamısı xoşbəxt olmaq istəyən insanlar üçün maraqlıdır. Elə i sə gəlin görək əsl xöşbəxtlik nədir?
Əslində Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.
Xoşbəxtlik – insanın içindən doğur, xaricdən bunu almaq, ya da əldə etmək mümkün deyil.
Xoşbəxtlik – Hər bir xeyir iş görəndən sonra fərəh və sevinc hissi keçirməkdir. Təbii ki, bu hissi Uca Allah insana bəxş edir.
Xoşbəxtlik – Bazarlarda satılan, yalnız varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil.
Xoşbəxtlik – Eyni zamanda başqalarının ürəyini rahat etmək, onlara yardım edib onları sevindirməkdir.
Xoşbəxtlik – Faydalı bir elmin ardınca getmək, düzgün iş görmək və Allahın istədiyi kimi bir həyat yaşamaqdır.
Xoşbəxtlik – Həsəd, kin, nifrət və pis duyğuları ürəkdən silib atıb, azad olmağı bacarmaqdır.
Möhtərəm möminlər, bir insan düşünün ki, Palçıqdan tikilmiş bir evi var. Və bu insan ksaıbçılıqdan dolayı 17 il eyni ayaqqabını geyinir. Eyni paltarı yuyub geyinir, söküləndə tikir, arada bir qırıq-quru çörək tapır onu da yağla yeyir, ayda bir dəfə dilinə ət dəyər və ya dəyməz. Bəli bu insan İman Əhməd bin Hənbəldir ki, bütün bunlara rəğmən yenə də özünü xoşbəxt sayırdı. Bizim indiki müasir dövrün meyarları ilə götürsək, necə də bədbəxt və yazıq insandır – deyərik. Belə insan ömru boyu ancaq qəm-kədər içində yaşayar deyə düşünərik. Amma xoşbəxtlik insanın içində olur. Daxildə olan və insanı rahat edən o xoşbəxtlik hissini sahibindən başqa heç kim hiss edə bilmir və o xoşbəxtlik Allahla olan ünsiyyətə bağlıdır.
Abdullah bin Abbas (r.a) gözlərinin nurunu itirərkən, xoşbəxtlik hissini heç itirmədi və o bilirdi ki, artıq ömrünün qalan hissəsini zülmətin əsarətində kor olaraq keçirəcək. Ancaq O, içindən gələn razılıq hissi ilə belə deyirdi;
Allah götürsə də gözlərimdəki nuru,
Qəlbimdə və dilimdə qalacaq nuru.

Əziz müsəlmanlar, İslamın böyük alimlərindən biri baxın bu barədə nə demişdir; “Düşmənlərim mənə nə edə bilər axı?! Mənim bağçam və cənnətim mənim sinəmdə, mənim içimdədir. Hara getsəm mənimlədir. Onu məndən heç kəs ala bilməz. Həbs etsələr, cənnətimdə xəlvət yaşayacam, öldürsələr şəhid olacam, vətənimdən sürgün etsələr səyahət edəcəm.”
Bəli əsl Məhbus – cismin həbs edilməsi deyil ruhun şeytan tərəfindən həbs olunmasıdır. Həqiqi məhbus bədənin əsarətdə qalması deyil insan iradəsinin nəfsə, həva-həvəsə təslim olmasıdır.
Əsl əsir – nəfsinə əsir olan kimsədir.
Əsl azad insan isə qəlbində Allah sevgisindən başqa heç-bir sevgiyə yer verməyəndir.
Əsl bədbəxt – Allah və Onun Peyğəmbərindən uzaq qalan kəsdir.
Əsl xoşbəxt isə Allahı özünə şah damarından da daha yaxın his edəndir.
Peyğəmbərimiz (s) mömini vəsf edərkən, insanlığın xoşbəxtlik zirvəsini də göstərmişdir. Rəsulullah (s) buyurur: “Möminin işi çox qəribədir, maraqlıdır. Çünki bütün işləri xeyir içindədir. Özü də bu yalnız mömində olur. Xeyir bir iş baş versə, şükr edər bu onun üçün xeyir gətirər. Başına bəla gəlsə, səbr edər, bu da onun üçün xeyir gətirər.” (Müslim)
Ey mömin, səbr et, kədərlənmə, çünki Allah rəhmət qapısını həmişə üzünə açıq saxlayır. Nələr etsən də, sonunda səhvini anlayıb peşmançılıq hissiylə Ona dönsən, tövbən qəbul olunacaqdır.
Kədərlənmə! Əgər kasıbsansa, xatırla ki, başqaları illər boyu borclar içində yaşayır.
Kədərlənmə! Əgər maşının yoxdursa, başqaları şikəst və çolaq yaşayır.
Kədərlənmə! Əgər övladını itirmisənsə, başqası bütün ailəsini bir qəzada itirmişdir.
Kədərlənmə! Xəstələnmisənsə, başqası on illərdir yataqdan tərpənə bilmir.
Kədərlənmə! Çünki heç nəyə geri qaytara bilməyəcəksən. Mürəkkəb qurumuş və kitablar bağlanmışdır!
Kədərlənmə! Sənin duan var, Allaha açdığın əllərin və eşidilən müraciətin var!
Kədərlənmə! Yer üzündə olan hər şeyi Allah sənin üçün yaratmışdır.
Kədərlənmə! Sən ki, yerdə gəzir, təmiz hava udur və saf sudan hələ də içə bilirsən.
Kədərlənmə! Bu, yalnız düşmənini sevindirər
Xütbəmə bir ayə ilə son verirəm: “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (Ali-İmran, 139) 22 Mart 2013 /10 C.Əvvəl 1434.

Read Previous

ÖVLADIN VALIDEYNLƏRİNƏ QARŞI VƏZİFƏSİ

Read Next

İctihad məsələlərində qətiyyətlə “bəli” və ya “yox” deməkdən çəkinin!

8 Comments

  • xosbextlik

  • COX GOZEL SOZLERDIR

  • cox gozel sozlerdir men bu sozleri insada istifade etdim

    • Cox gozeldir ama men bu gune kimi xosbext olmamisam 🙁 Cunku tanidigim insanlar xosbextliyi ancaq pulda gorurler !!! -_-

  • cox gozel sozlerdir
    tesekkur edirem
    sag olun

  • Çox gözeldir

  • Ela

  • menim xosuma gelmedi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.