• 24 Noyabr 2024

Zəm-zəm quyusunun sirləri

Zəm-zəm quyusunun sirləri

 

Zəm-zəm quyusu və onun tarixi barədə qismən də olsa hər kəsin məlumat var. Məhz elə buna görə də bu gün suyun yaranma tarixi haqqında deyil, özünəməxsus qəribəlikləri və xüsusiyyətləri haqqında söhbət açmaq istəyirik. Tarix boyu bir çoxları Zəm-zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də aparılan araşdırmalar, onun qəribə xüsusiyyətlərini üzə çıxardı. 1971-ci ildə bəzi alimlər Zəm-zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz hissəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar.

Onların rəyinə əsasən qrunt suları çökəklikdə yerləşən Zəm-zəm quyusuna doğru axaraq onu içməyə yararsız hala gətirə bilərdi. Səudiyyə Ərəbistanı kral Feysəlin əmri ilə bu məsələnin araşdırılması məqsədi ilə qısa müddətdə işçi qrupu yaradıldı. Zəm-zəm quyusundan alınan  nümunələr   analizdən    keçirilmək    məqsədi    ilə    məşhur    Avropa laboratoriyalarından birinə göndəriləcəkdi. Bu işə rəhbərlik edən o zamankı kənd təsərrüfatı və su ehtiyatları naziri Muinəddin Əhməd Zəm-zəm quyusunun xüsusiyyətlərini və qəribəliklərini tədqiq etməyə başlayır. Nazir qeydlərində göstərir ki. Zəm-zəm quyusu haqda onun məlumatı az deyildi. Amma bu onun Zəm-zəm quyusu ilə ilk yaxından tanışlığı idi. Bu dəfəki tanışlıq quyu barəsində daha çox məlumat əldə etməyə imkan verdi. Quyunun ən qəribə cəhətlərindən biri çox dərin olmaması və bol sulu olmasıdır. Quyuda araşdırmalar apararkən ilk növbədə onun ölçülərini öyrənməyə başladı. Dərinliyi 18, eni 14 addım olan Zəm-zəm quyusu İbrahim (ə) peyğərnbərin zamanından etibarən bu günədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyon tonlarla su verməkdədir. Xüsusi təmizlikdən keçəndən sonra Zəm-zəm quyusunun dibinə endi. Su onun çiyinlərindən idi. Quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq tələb olunurdu. O çox axtarsa da suyun mənbəyini tapa bilmədi. Suyun mənbəyini tapmaq üçün yeganə yol qalırdı – quyu suyunu güclü su nasoslan ilə tam çıxarılması. Çox qəribədir ki, nasoslarını fasiləsiz işləməsinə baxmayaraq quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Nisbətən güclü nasoslar quraşdırılaraq quyudakı suyun səviyyəsini qismən də olsa azaltmağa cəhd edilir. Lakin su olduğu səviyyədən aşağı düşmür. Son dəfə quyuya enib suyun mənbəyini tapmağa cəhd edilir. Yalnız bu zaman qəribə bir şeyin şahidi olur. Quyunun dibində ayağının altındakı qumun tərpəndiyini hiss edir. Addım atdığı hər yerdə bunu hiss edir. Zəm-zəm quyusunun dibi tam olaraq su fışqırırdı. O, yalnız indi təzyiqlə çıxan bu su axınının qabağında su motorlarının niyə aciz qaldığını başa düşdü. Sonra tədqiq olundu ki, Zəm-zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur. Quyuya dolan su ancaq quyunun dibindən – yerin təkindən çıxan suyun hesabınadır. Bu isə qrunt sularının quyuya axması ilə bağlı mövcud iddialara və şübhələrə son qoymaq üçün kifayət idi. Daha sonra isə analiz məqsədi ilə quyudan götürülən nümunə Avropa laboratoriyalarından birinə göndərildi. Çox keçmədən analizin nəticələri açıqlandı. Nəticələrdə qeyd olunurdu ki, Zəm-zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bu isə susuzluğun və yorğunluğun aradan qaldırılmasında zəvvarlara daha müsbət təsir göstərir. Ancaq analizin ən maraqlı göstəricilərindən biri də Zəm-zəm suyunun mikrobları məhv edən florla zəngin olması idi.

 

Beləliklə analiz suyun içməyə tam yararlı olduğunu təsdiqlədi. Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub nə də azalıb. Yüz illər boyu çıxan bu su öz təbii keyfiyyətlərini hələ də qoruyub saxlamaqdadır. Bu suya nə həcc mövsümündə, nə də başqa vaxtlarda xlor əlavə edilmir. Quyunun başqa qəribəliklərindən biri isə digər quyulardan fərqli olaraq divarlarında mamır və başqa bitkilərin bilməməsidir. Bu isə Zəm-zəm suyunun öz təbii dadmı qoruyub saxlamaqda mühüm əhəmiyyət kəsb edir.

Read Previous

Namaz qılarkən insanın fikrinin dağılması

Read Next

Qurani-Kərimdə rəqəmlərin möcüzəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.