Banqladeş televiziyaları, Mollanın Dakkadaki bir həbsxanada edam edildiyini eşitdirdi. Mollanın asıldığı, adını açıqlamaq istəməyən bir kəşfiyyat səlahiyyətlisi tərəfindən də təsdiqləndi.
Ölkənin 1971-ci ildə Pakistana qarşı müstəqillik mübarizəsində işlənən cinayətlərin araşdırılması üçün Banqladeş hökuməti tərəfindən 2010-ci ildə qurulan Beynəlxalq müharibə cinayətləri Məhkəməsində mühakimə olunan Molla, 344 silahsız vətəndaşın öldürülməsini azmettirmək daxil, haqqında irəli sürülmüş altı ittihamın 5-dən hökm oxunaraq 5 Fevral 2013 tarixində ömür boyu həbsə məhkum edilmişdi.
Banqladeşin İslami dəyərləri müdafiə edən ən böyük partiyası olan Camaat-i İslami partiyasının ümumi sekretar Köməkçiliyini icra edən Molla, ittihamları rədd etmiş və haqqında verilən ömür boyu həbs cəzasının ləğvi üçün Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Beynəlxalq müharibə cinayətləri Məhkəməsinin hökmünü təsdiqləyən apelyasiya məhkəməsi, 17 Sentyabrda Mollaya verilən ömür boyu həbs cəzasını edama çevirmə qərarı almışdı.
Camaat- i İslami, edam cəzasının siyasi bir qərar olduğunu ifadə edərək, Mollanın infazının qorxunc nəticələr doğuracağı xəbərdarlığını etmişdi.
BMT İnsan Haqları Ali Komissarı Pillay da Mollanın edam cəzasının beynəlxalq standartları karşılamadığını ifadə etmiş, icranın dayandırılmasını bəyan etmişdi.
Pakistanın paytaxtı İslamabadda Bangladeşdə Camaat-i İslami Partiyası liderlərindən Abdulkadir Mollanın edam qərarı etiraz edildi. Apara Çokta toplanan Camaat-i İslaminin Pakistan üzvləri yolu kəsərək rezin təkərlər yandırdı. Təxminən 100-ə qədər etirazçı Banqladeş Konstitusiya Məhkəməsi əleyhinə şüarlar ataraq 3 kilometr uzaqlıqdakı Elçilikler olan bölgəyə getdi.
Ailə üzvlərinin verdiyi məlumata görə, Abdülkadir Molla, edamdan əvvəl, “Mən yalnız İslami bir partiyanın lideri olduğum üçün öldürülürəm. Mən heç bir cinayət işləmədim. Yalnız bir Müsəlman olduğum üçün asılmaqdayam. Bu hökumət mənim bu cinayətlərdən heç birini işləmədiyimiz çox yaxşı bildiyi halda məni öldürür. Yalnız camaat-i İslaminin lideri olduğum üçün”.
MƏNBƏ: AA