• 22 Noyabr 2024

Zülqərneyn əleyhissalamın vəsiyyəti

dunya maliRəvayətə görə çıxdığı səfərlərlə yer üzünün hamısına hakim olan Zülqərneyn ə.s vəfatından əvvəl belə vəsiyyət etmişdir:

“Mən öldükdən sonra məni yuyun, kəfənləyin! Sonra bir tabuta qoyun! Ancaq qollarımı tabutdan çöldə sallanan vəziyyətdə saxlayın! Xidmətçilərim arxamdan gəlsin! Xəzinələrimi də qatırlara yükləyin! Xalq, mənim son dərəcə möhtəşəm bir səltənət dünya mülkünə sahib olduğuma baxmayaraq əli boş getdiyimi, xidmətçilərimin  , xəzinələrimin bu dünyada qaldığını, mənimlə birlikdə gəlmədiyini görsün! Bu yalançı fani dünyaya aldanmasın! ..

Zülqərneyn əleyhissalamın bu vəsiyyətini alimlər belə izah etmişlər:

Dünya, başdan-axıra mənim əmrlərim altında idi. Saysız hesabsız xəzinələrə sahib oldum. Lakin dünya nemətləri qalıcı deyilBəli gördüyünüz kimi məzara əli boş gedirəm! Dünya malı dünyada qalar. Siz, axirətdə faydası olacaq işlərə məşğul olun!

Bu dünyadakı işlər, uşaqların sahil kənarındakı qumlukta ev tikmələrinə bənzəyir. Onlar qumları üst üstə yığarlar,ancaq sonra bir-birlərinə qürurla baxaraq; gözəl bir qala tikdim, gözəl ev tikdim.” deyərlər. Sonra dənizdən bir dalğa gələr hamısını bir anda silib süpürər. Eynilə bunun kimi, insan bu fani aləmdə dünyaya aid edirsə etsin, sonunda, bir əcəl dalğası gəlib onu yer ilə yeksan edir.

Bu səbəblə mühüm olan, saleh əməllər xeyirhasənat ilə göy qübbədə xoş bir səda buraxaraq ömür dəftərini  bağlaya bilməktir. Haqqın divanına bu əhval ruhiyyə  ilə, beləsinə pak bir vicdan, səlim bir qəlb üz ağıyla gedə bilmək, böyük səadətdir.

mənbə:

islamveihsan.com

Read Previous

Azərbaycan portalı atdığı addımı bir daha ölçüb-biçəcək – Əflatun Amaşov –

Read Next

Peyğəmbərimiz (səv)-i aşağılıyanlara necə cavab verməliyik.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.