Rəvayətə görə çıxdığı səfərlərlə yer üzünün hamısına hakim olan Zülqərneyn ə.s vəfatından əvvəl belə vəsiyyət etmişdir:
“Mən öldükdən sonra məni yuyun, kəfənləyin! Sonra bir tabuta qoyun! Ancaq qollarımı tabutdan çöldə sallanan vəziyyətdə saxlayın! Xidmətçilərim arxamdan gəlsin! Xəzinələrimi də qatırlara yükləyin! Xalq, mənim son dərəcə möhtəşəm bir səltənət və dünya mülkünə sahib olduğuma baxmayaraq əli boş getdiyimi, xidmətçilərimin də, xəzinələrimin də bu dünyada qaldığını, mənimlə birlikdə gəlmədiyini görsün! Bu yalançı və fani dünyaya aldanmasın! .. “
Zülqərneyn əleyhissalamın bu vəsiyyətini alimlər belə izah etmişlər:
“… Dünya, başdan-axıra mənim əmrlərim altında idi. Saysız hesabsız xəzinələrə sahib oldum. Lakin dünya nemətləri qalıcı deyil. Bəli gördüyünüz kimi məzara əli boş gedirəm! Dünya malı dünyada qalar. Siz, axirətdə faydası olacaq işlərə məşğul olun! “
Bu dünyadakı işlər, uşaqların sahil kənarındakı qumlukta ev tikmələrinə bənzəyir. Onlar qumları üst üstə yığarlar,ancaq sonra bir-birlərinə qürurla baxaraq; “Nə gözəl bir qala tikdim, nə gözəl ev tikdim.” deyərlər. Sonra dənizdən bir dalğa gələr və hamısını bir anda silib süpürər. Eynilə bunun kimi, insan bu fani aləmdə dünyaya aid nə edirsə etsin, sonunda, bir əcəl dalğası gəlib onu yer ilə yeksan edir.
Bu səbəblə mühüm olan, saleh əməllər və xeyir–hasənat ilə göy qübbədə xoş bir səda buraxaraq ömür dəftərini bağlaya bilməktir. Haqqın divanına bu əhval ruhiyyə ilə, beləsinə pak bir vicdan, səlim bir qəlb və üz ağıyla gedə bilmək, nə böyük səadətdir.
mənbə: